“Ermənilər uçuruma doğru sürüklənir”
“Ermənilər uçuruma doğru sürüklənir”
23 Dekabr 2019 15:36 Siyasət"Bütün beynəlxalq və regional nüfuzlu tədbirlərdə Prezident İlham Əliyev Ermənistanın təcavüzkar ölkə olduğunu bildirib və bunu faktlarla sübut edib". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, xatırlayırsınız bir qədər əvvəl "Valday" diskussiya klubunun toplantısında və MDB dövlət başçılarının toplantısında Prezident İlham Əliyev qəti şəkildə Nişde Qaragenə Ermənistanda abidə ucalmasının pislədi və bunun faşizmdən əziyyət çəkmiş xalqlara hörmətsizlik olduğunu bildirmişdir: "Eləcə də Prezident İlham Əliyev Ermənistanın bir çox məsələlərdə faşizm ideologiyasını təbliğ etdiyini aydın faktlarla açıb göstərdi və bunu yolverilməz olduğunu bildirdi. Əlbəttə ki, faşizm insanlıq üçün bir tauna çevrilmişdir və faşizmi təbliğ etmək bu yola xidmət etmək deməkdir, bu yolla getməkdir. Erməni hakimiyyəti uzun illərdi ki, bu yolu tutub və insan qatilinə çevrilir. Cənab Prezident bu səfərlərində bir daha xatırlatdı ki, Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması hər iki ölkənin xeyrinədir. Çünki Rusiya bizimlə qonşudur. Sözsüz ki, Prezident İlham Əliyev erməni faşizm ideologiyasının tənqidi zamanı səsləndirdiyi fikirlər ancaq Azərbaycan üçün deyil, bu bəşəri bir mahiyyət daşıyan bir fikirlərdir. Çünki bu gün dünyada müharibələr gedir, insanlar qırılırlar və bu qırılmalar nədə baş verir? Cənab Prezidentdə Rusiya səfəri zamanı dedi və bunu bir daha dünya xalqlarına bəşəriyyətə çatdırdı ki, buna getmək olmaz. Ona görə də, Ermənistan bu yoldan çəkilməlidir, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir, sülh münasibətlərinə gəlməlidir, əgər Ermənistan bu münasibətləri yaxşılatmasa erməni xalqının gələcəyi yoxdur. Artıq ermənilər uçuruma doğru getməkdədirlər, çünki onların bütün əlaqələri kəsilib, artıq onlar dünyada təcrid olunublar və təcrid olunmaq xalqın və ölkənin məhvidir".