“Yeni idarəetmə, Azərbaycançılıq ideologiyasına xidmət edəcək”
“Yeni idarəetmə, Azərbaycançılıq ideologiyasına xidmət edəcək”
20 Dekabr 2019 16:46 Siyasət"Çıxarılan icra başçıları Rayon və şəhərlərdə təyin edilən rəhbərlər bir növ ölkə rəhbərinin nümayəndəsi, onun sərəncam və fikirlərini həyata keçirən birinci şəxslər kimi qəbul edilir. Ölkədə aparılan siyasətin ilk nümayəndəsi ölkə rəhbəri hesab edilirsə, yerlərdə icra orqanlarıdır. Hər bir dövlət nümayəndəsi, ölkə prezidentinin də qeyd etdiyi kimi xalqa xidmət edir. Bunun üçün xalqın arzu və istəkləri nəzərə alınmalıdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib
O bildirib ki, ölkədə korrupsiya hadisələrinin aradan qaldırılması üçün xüsusi qanunlar, xüsusi komitə, xüsusi orqanlar mövcuddur: "İcra rəhbərləri korrupsiya ilə insanların haqqlarının üstələnməsi və xüsusilə də ölkə rəhbərinin sözlərinə qarşı gəlməsi kimi qeyd edilməlidir. İlham Əliyev çıxışlarında dəfələrlə sahibkarlara xüsusi dəstək verilməsini, eləcə də onlara imkanlarının yaradılmasını qeyd etmişdir. Lakin bəzi icra nümayəndələri özbaşınalıq edərək onların fəaliyyətinə ciddi xəta törətmişdir. Bu isə cinayət hesab edilir".
Ekspertin sözlərinə görə, rəhbərlikdə olaraq xalqın fikir və iradəsinin önəmli tutulmaması da fəaliyyətin heç qəbul edilməsinə bariz nümunədir. Ələxsus ölkədə gedən yeni islahatlar, yeni təyinatlar bu kimi neqativ halların aradan qaldırılmasına önəmli töhvə verəcək. Yeni gənc kadrların fəaliyyəti tam şəffaf, yeni idarəetmə, Azərbaycançılıq ideologiyasına xas bir fəaliyyət ortaya qoyacaqdır.