"Dövlətçilik əsaslarımıza xələl vuran kəslərin cəzalandırılmaları birmənalı şəkildə alqışlanır"

"Dövlətçilik əsaslarımıza xələl vuran kəslərin cəzalandırılmaları birmənalı şəkildə alqışlanır"

"Dövlət və xalq üçün çalışmaq hər bir məmurun mənəvi borcudur". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının etimad göstərdiyi və bu etimaddan sui-istifadə edərək, yanlış əməllərinə görə cəzalandırılan məmurlar barədə fikirlərini açıqlayarkən deyib: "Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, ilk növbədə Onun özü xalqının xidmətçisidir. Bu bəyanatın əsasında bütün mühüm ideyalar dayanır - xalqa məxsus olan dövlətin inkişafı və bu işdə fəaliyyət göstərən, etibar edilən məmurların xalqa xidməti. Təəssüf ki, bəzi hallarda bu etimadı nəinki doğrulda bilməyən, üstəlik eimada xəyanət edərək, şəxsi mənfəətlərinə görə xalqı dövlətdən narazı salan xainlər də olur. Əlbəttə ki, belələrinə qarşı ciddi ölçülər götürülür, bundan sonra da belə olacaq".

Bəhruz Quliyev onu da qeyd edib ki, heç bir halda bağışlanmayacaq bu tipli insanlar sonradan nə qədər peşman olsalar da, belə peşmançılıqlar nəticə verə bilməz: "Dövlət başçımızın başlatdığı və böyük arealı əhatə edən islahatlar konsepsiyası, həmin konsepsiya ətrafında qətiyyətli tələbləri öz sözünü deməkdədir. Bir halda ki, İlham Əliyev cənabları özünü xalqın xidmətçisi kimi təqdim edirsə, mən, sən, o və digərləri həmin bəyanatdan dolğun nəticələr çıxarmalıyıq. Dövlətimizin tərəqqisi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün".

Siyasi ekspert əlavə edib ki, Prezident İlham Əliyevin istiqamətləndirdiyi siyasət birbaşa dövlətçilik və xalqçılıq dəyərlərinə söykənir: " Biz bilirik və müşahidə edirik ki, istər daxili, istərsə də xarci qüvvələr bu siyasətə qarşı bütün iyrənc kampaniyalarından istifadə etməyə cəhdlər göstərirlər və belə uğursuz cəhdlərin uduzmağa məruz qalmasının qarşısını vətəndaş-iqtidar sarsılmaz birliyi alır. Yəni xalq amili Prezudentin onunla və hər zaman bir yerdə olduğunu görür, dəstəkləyir. Belə olan halda, dövlətçilik əsaslarımıza xələl vuran kəslərin ciddi şəkildə cəzalandırılmaları birmənalı şəkildə alqışlanır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31