"Əldə edilən bütün uğurların təməlində Heydər Əliyev ideologiyası dayanır" – Bəhruz Quliyev
"Əldə edilən bütün uğurlarln təməlində Heydər Əliyev ideologiyası dayanır" – Bəhruz Quliyev
20 Dekabr 2019 14:25 Siyasət"Cənab Prezidentin müşavirədə etdiyi çıxışından, irəli sürdüyü fikirlərindən belə bir nəticə çıxarmaq mümkündür ki, ümumiyyətlə, Azərbaycanın inkişaf, tərəqqi reallığı qarşısında bilavasitə Heydər Əliyev faktoru dayanır". Bu fikirləri Olaylar.az -a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev istər ölkəyə rəhbərlik etdiyi birinci dövründə, istərsə də, ikinci dövründə Azərbaycanı ən yüksək mövqelərə sahibləndirib: "Bir fakta diqqət yetirək, Heydər Əliyev hələ SSRİ dövründə ölkəyə rəhbərlik edərkən, aqrar sektor da daxil olmaqla, bütün sahələrdə dinamik inkişaf meyarları müəyyənləşdi və bu amillərin hər biri bu gün yaşadığımız müstəqil Azərbaycanımıza hazırda da töhfələrini verməkdədir. Pambıqçılıq, taxılçılıq və s. kənd təsərrüfatı sektoru ilə yanaşı, neft və kimyəvi məhsullar sənayesi yüksəldi, şərabçılıq, qida sənayesi nəinki SSRİ-nin, eləcə də Avropa ölkələrinin tələbatına doğru yönəldildi. Onu da deyim ki, belə bir siyasət birbaşa gələcəyə hesablanmış siyasi addımların təməli idi".
Bəhruz Quliyev əlavə edib ki, Heydər Əliyev 1982-ci ildə Moskvaya, SSRİ-nin ali siyasi komandasına fəaliyyət göstərməyə getdikdən sonra, onu əvəzləmiş respublika rəhbərliyi həmin ənənəni qoruyub- saxlamağı bacarmadılar: "Çünki bunun üçün iradə, qətiyyət lazım idi ki, bu məfhumlar ölkə idarəçilərində yox idi. Məhz bu baxımdan, SSRİ-nin sosial-iqtisadi proseslərində böyük işlər görən Heydər Əliyev bacardığı qədər sonradan yaranmış tənəzzülün qarşısını almaqdan ötrü bütün imkanlarından maksimum istifadə edirdi. Yəni bütün binların arxasında Azərbaycanı sevmək, xalqına xidmət etmək sevgisi dayanmışdı".
"Əbəs deyil ki, məhz xalqın təkidli tələbindən sinra ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev birinci hakimiyyəti dövründə qazanılan uğurları yenidən dirçəltdi", deyən siyasi ekspert həmçinin bildirib ki, belə bir prosesin ağırlığı daha da çətindir: "Təsəvvürünüzə gətirin, bu nə qədər çətin bir işdir. Cənab İlham Əliyev müşavirədə bildirdi ki, məhz AXC-Müsavat iqtidarı dövründə ölkənin büdcəsi sıfra bərabər olmaqla yanaşı, iqtisadi-sosial vəziyyəti çökmüşdü. Heydər Əliyev fenomenal siyasəti ilə Azərbaycan dövlətini bu proseslərdən çıxardı. Bu kimi nəhəng işləri məhz o görə bilərdi".
Baş redaktor bu gün ölkədə gedən sürətli, çoxşaxəli islahatların təməli olaraq, Heydər Əliyev siyasətinin davam etdiyini vurğulayıb: "Əgər bu gün Azərbaycan dünyanın ən aparıcı ölkələri sırasında mövqeyini yüksəldirsə, reytinqi artırsa, nəhəng layihələrdə təşəbbüskar, ideyaverici olaraq öz sözünü deyrisə və bu sitasət bilavasitə Prezident İlham Əliyev tərəfindən davam etdirilirsə, demək Heydər Əliyev dühasının siyasi, milli dövlətçilik ideologiyası yaşayır, bundan sonra da yaşayacaq".