Azərbaycanın daha bir beynəlxalq uğuru

Azərbaycanın daha bir beynəlxalq uğuru

Azərbaycanın artan iqtisadi gücü, ildən-ilə əldə etdiyi nailiyyətlər onun təkcə regionda deyil, eləcə də beynəlxalq aləmdə mövqelərinin güclənməsinə təkan verir. Bu uğurlar təkcə ayrı-ayrı ölkələrin Azərbaycana olan marağı, diqqəti ilə ölşülmür. Eyni zamanda dünyanın nüfuzlu təşkilat və qurumlarının illik hesabatları, tərtib etdikləri reytinq cədvəllərində də Azərbaycan dünyanın qabaqcıl ölkələri ilə bir sırada yer alır, qərarlaşır. Hətta bir sıra hallarda ölkəmiz inkişaf etrmiş dövlətləri belə öz müsbət göstəricilərinə görə geridə qoyur.  Ötən illər ərzində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, eləcə də "Duining Bisiness" kimi hesabatlarda bunun şahidi olmuşuq. Bu günlərdə isə Azərbaycan daha bir reytinq cədvəlində dünyanın ən güclü ölkələri sırasında qərarlaşıb.  Xəbərlərdən də aydın olduğu kimi  Amerikanın nüfuzlu "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq Birləşmiş Ştatların ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin "BAV Group и Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Reytinq cədvəlində Azərbaycanla bağlı qeydə alınan müsbət tendensiya ondan ibarətdir ki, siyahıda Azərbaycan dünya ölkələri sırasında 45-ci yerdə qərarlaşıb. Təsadüfi deyil ki. ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb ki, hər bir kateqoriya üzrə Azərbaycan müsbət mənada seçilən ölkələrdən hesab edilir. Məsələn, iqtisadi vəziyyət baxımından Azərbaycanın reytinqdə ön sıralarda yer almaması mümkün deyildi. Çünki son illərdə, xüsusilə də, cari ilin əvvəllərindən dövlət başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın iqtisadi potensialının qat-qat artmasına səbəb olub. Təkcə sözügedən reytinq cədvəlində deyil, eləcə də digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan sürətli iqtisadi inkişaf yolu keçmiş ölkələr sırasında qərarlaşır.

Yaxud, reytinqdə ölkələrin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı məsələsində də Azərbaycanın müsbət mənada xarakterizə edilməsi təsadüfi deyil. Günümüzdə Azərbaycan dünyanın demək olar ki, əksər beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq edir. Bu təşkilat və qurumlarla qurulan ən yüksək səviyyəli əməkdaşlığın göstəricisidir ki, günümüzdə  həmin təşkilat və qurumların bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirləri məhz Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir. Elə yaxın müddətdə Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən bpyük ikinci siyasi təşkilatı sayılan Qoşulmama Hərəkatının zirvə görüşünün Bakıda keçirilməsi timsalında belə qənaətə gəlmək olar.

Həmçinin, hərbi güc baxımından da Azərbaycanın sözügedən reytinq cədvəlində mühüm yer tutması təbiidir. Çünki bu gün Azərbaycan təkcə iqtisadi deyil, eləcə də öz hərbi potensialına görə regionun lider ölkəsi hesab edilir. Təsadüfi deyil ki, Cənubi Qafqazda ən gücıü ordu məhz Azərbaycandadır. Bunu təkcə biz deyil eyni zamanda beynəlxalq təşkilatlar da təsdiqləyir. Azərbaycan güclü hərbi potensiala malik olmasını təsdiq edən mühüm amillərdən biri müntəzəm olaraq hərbi arsenalımızın yenilənməsi, keçirilən hərbi təlimlərdir.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31