Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində 17 dekabr 2019-cu il tarixində, saat 09:30-da “Fairmont Hotel Baku”da “Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində 17 dekabr 2019-cu il tarixində, saat 09:30-da "Fairmont Hotel Baku"da "Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi" mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. ASK-nın mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovun, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətləri naziri cənab Muxtar Babayevin, həmçinin digər əlaqədar dövlət orqanlarının, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələri nümayəndələrinin, sosial tərəfdaşların və sahibkarların iştirakı planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31