Ərdoğan “AVRO-2020"nin final mərhələsini Bakıda izləyəcək
Ərdoğan “AVRO-2020"nin final mərhələsini Bakıda izləyəcək
16 Dekabr 2019 11:38 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcək.
Olaylar.az türk mediasına istinadən bildirir ki, Ərdoğan bu barədə yerli televiziya və radiolara müsahibə verərkən söyləyib.
"Bu oyunlarla əlaqədar İlham Əliyev qardaşımla da danışdıq. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. İnşallah oraya gedəcəyik, iki matçı oradan izləyəcəyik. Əminəm ki, bu dəfə Türkiyə də qrupdan çıxacaq", - deyə Türkiyə Prezidenti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31