“Qısa müddət ərzində ölkəmizi mühüm əhəmiyyətə malik seçkilər gözləyir” – Şərh

“Qısa müddət ərzində ölkəmizi mühüm əhəmiyyətə malik seçkilər gözləyir” – Şərh

"Seçki aktiv siyasi institutlardan biri hesab edilir. Müasir demokratiya təmsilçisi olan seçki vətəndaş və ya insanların şəxsi iradələri əsasında verdikləri qərarı əks etdirir. Dövrün siyasi təcrübəsi hər bir ölkədə seçkilərin əhəmiyyətini önəmli sayır. Seçki prosesinin tətbiqini yanlız dövlət idarəçiliyində deyil, beynəlxalq idarəetmə, yerli idarəetmə, kiçik qurumlar, özəl müəssisələr, qeyri hökümət təşkilatları və s. bir sözlə həyat və cəmiyyətin istənilən fəaliyyət mexanizimində aydın şəkildə görə bilərik. Seçki hər ölkədə qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Seçki insanların və dövlətin fəaliyyət mexanizimi tərənnüm edir. Seçki inkişaf xarakteridir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, Respublikamızda seçki böyük siyasi təcrübəyə malikdir: "Xüsusilə qeyd edə bilərəm ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə tətbiq olunan seçkidə qadınlar səs vermə hüququna malik olmuşdurlar ki, bu Şərqdə qadına seçkidə iştirak etmək və səsvermə hüququ verən ilk ölkələrdən biridir. Müasir demokratik dövlət olaraq ölkəmizdə insanların seçkidə iştirakı, seçki proseslərinin həyata keçirilməsində yaxından iştirakı üçün geniş imkanlar mövcuddur. Dövlət və yerli idarəetmə sahəsində seçki prosesini xüsusi orqan həyata keçirir. Seçkilər gizli, şəffaf, ədalətli şəkildə həyata keçirilir. Seçkidə namizədlik irəli sürmək və seçkidə iştirak 18 yaşı tamam olmuş, əqli və fiziki cəhətdən inkişaf etmiş hər bir Azərbaycan vətəndaşına aid edilir. Bu demokratik prinsiplərin mövcudluğunu və eləcə də, vətəndaşların dövlət idarəçiliyinin verdiyi qərarlarda yaxından iştirakını göstərir. Seçki proseslərində xarici və yerli müşahidəçilərdə yer almaqdadır".

Ekspert qeyd edib ki, qısa müddət ərzində ölkəmizi mühüm əhəmiyyətə malik seçkilər gözləyir: "Bu həm yerli idarəetmə olan Bələdiyyə, həmdə qanunverici hakimiyyətin təmsilçisi olan Milli Məclisdə keçirilən seçkilərdir. Bu seçkilər əsasında yeni kadr seçimi, gənc kadr islahatı öz nəticəsini göstərəcəkdir. Yeni qəbul edilən qaydalara əsasən Mərkəzi Seçki Komissiyası yerli vətəndaşların öz müraciətləri saəsində seçkiləri müşahidə etmək imkanı verir. Bu seçkilərin şəffaflığını, ədalətli olmasını özündə ehtiva edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31