Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
5 Dekabr 2019 17:42 SiyasətPrezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöni bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31