“Lavrovun Bakı səfəri siyasi əməkdaşlıq, sabitlik xarakteri daşıyır”
“Lavrovun Bakı səfəri siyasi əməkdaşlıq, sabitlik xarakteri daşıyır”
4 Dekabr 2019 16:17 SiyasətRespublikanın qonşu ölkələrlərlə dostluq və siyasi əlaqələri mövcuddur. Bu ölkələr arasında Rusiya xüsusilə seçilməkdədir. Rusiya ilə aramızda həm mədəni, həm dostluq, həm də siyasi əlaqələr inkişaf edir. Rusiya eləcə də, Qarabağ münaqisənin həlledici tərəflərindən biri kimi də hesab edilir. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri siyasi əməkdaşlıq, siyasi sabitlik xarakteri daşıyır. Bundan öncə Lavrov Ermənistana səfər etmişdir. Lakin "məxməri inqilab"dan sonra ilk rəsmi səfəridir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, bu səfər siyasi danışıqlar imkanlarının yaradılması üçün cəhdləri istiqamətləndirir. "Məhz bu istiqamətləndirmə 4 dekabr 2019-cu il tarixində həyata keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü üçün nəzərdə tutulmuşdur. Sergey Lavrov iki MDB ölkəsi olan Azərbaycan və Ermənistan arasında bitməyən Qarabağ problemi haqqında xüsusi şərh vermişdir. Şərh Qarabağa muxtar ərazi statusu verilməsini tərənnüm edir. Lavrovun fikri sülhə doğru yönəlməsinə baxmayaraq daha çox Ermənistanın istiqamətini də özündə əks etdirir. Qarabağ ərazisindən Azərbaycanlı əhali azlıq təşkil edir. Ermənistanlı vətəndaşlar çoxaldılır. Lavrov isə öz fikrində Qarabağda yaşayanların özlərinin gələcəyi haqqında qərar qəbul etməlidir söyləmişdir. Əsaslı şəkildə qeyd edilməlidir ki, sülh məsələsi qeyd edilərsə beynəlxalq hüquq önəmli sayılmalıdır.Qarabağ Azərbaycan torpağı qəbul edilməlidir".