"Azərbaycan olmadan Rusiya Şimali Qafqazda təhlükəsizliyi təmin edə bilməz"- Politoloq rəyi
"Azərbaycan olmadan Rusiya Şimali Qafqazda təhlükəsizliyi təmin edə bilməz"- Politoloq rəyi
4 Dekabr 2019 15:23 SiyasətRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva və Çelyabinsk şəhərlərində keçirdiyi əməliyyatlar nəticəsində Hizbut-Təhrir qruplaşmasının 9 üzvü yaxalanıb. Saxlanılan şəxslər "mövcud hakimiyyəti zorla devirməyə çalışan terror ideologiyasını Rusiyada yaymaqda" ittiham olunur. Eyni zamanda şübhəlilərin Rusiyanın müsəlman vətəndaşları və ölkədə çalışan əcnəbi işçilər arasında təşkilatlanmağa çalışdığı qeyd olunur.
Bununla bağlı Sonxeber.az-a danışan Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Rusiyanın milli siyasətinin ən pis olduğu dövrdəyik:"Yəni Rusiya özünün ərazisində olan bütün milli azlıqlara, keçmiş sovet respublikasından çıxmış millətlərə yuxardan aşağı baxır. Bu münasibət erməniyə də, gürcüyədə, qazaxa da, qırğıza da belədir. Kim deyirsə Rusiyada xristana yaxşı münasibət var, müsəlmana pis, yanılır. Rusiya "parçala, hökm sür" siyasətini öz daxilində milli və dini azlıqlara qarşı yürüdür. Şimali Qafqazda əhali başını qaldıran kimi ən ağır hərbi metoddan istifadə etdi. Təəssüf ki, Rusiya kimi gözəl dövlət özünün milli və dini siyasətini qura bilməyib. Arzu edərdim ki, bunu tezliklə qursun. Arzu edərdim ki, bütün milli və dini azlıqlara qarşı münasibət dəyişilsin. Eləcə də müsəlmanlara qarşı. Müsəlman əhaliyə münasibət Rusiyanın gələcəyini həll edəcək".
Mübariz Əhmədoğlu vurğulayıb ki, Rusiyada terror və dini ekstrmizim təhlükəsi var: "Bu Rusiyanın daxilindən qaynaqlanır. Şimali Qafqazda müsəlman regionlarında yerli hakimiyyətlər çox güclüdür. Əhalini çox ciddi nəzarət altında saxlaya bilirlər. Terora meyilli olan çeçenlər,dağıstanlı, ləzgi, avar və digər millətlər Rusiyanın başqa vilayətlərində məskunlaşıb, terora hazırlaşırlar. Hətta bununla bağlı kurslar da keçirlər. Düşünürəm ki, Rusiya terorla mübarizədə gecikib. Terorla mübarizəni Rusiya çoxdan aparmalı idi. Əlbəttə Azərbaycanla işləyə-işləyə. Cənab prezident Şimali Qafqazın din xadimlərini qəbul edən zaman bidirdi ki, Qafqazda təhlükəsizlik Azərbaycan və Rusiya iş birliyindən keçir. Azərbaycan olmadan Ruisya Şimali Qafqazda təhlükəsizliyi təmin edə bilməz. Müsəlmanlarla bağlı Rusiya Azərbaycanla nə qədər çox əməkdaşlıq edəcəksə, bir o qədər ən ucqar bölgələrində belə İslam terorizm riskini aşağı salacaq. Biz Rusiyada yaşayan azərbaycanılılarımızı öz orbitimizdə saxlamağı bacarmalıyıq. Rusiyada yaşayan azərbaycanlılar özlərini Azərbaycanın tərkib hissəsi kimi qəbul etməlidir. Bu işi də Azərbaycan dövləti özü etməlidir. Çox təəsüf ki, bu gün Rusiyada yaşayan azərbaycanlıları başqa dini dövlətlər idarə edir. Sizin vasitənizlə onlara bildirmək istəyirəm ki, Rusiyada yaşayan azərbaycanlıların bayraq, dövlət, siyasi, ideoloji qibləsi dövlət başçımız İlham Əliyevdir. Dini baxımından nə çətinlikləri varsa Şeyxülislam Allahşükür Paşazadəyə müraciət etməlidirlər".