“Lavrovun Bakı səfəri Rusiyanın münaqişədəki rolunu və tərəflərarası artan gərginliyi tənzimləməkdə əhəmiyyətlidir” – Şərh

“Lavrovun Bakı səfəri Rusiyanın münaqişədəki rolunu və tərəflərarası artan gərginliyi tənzimləməkdə əhəmiyyətlidir” – Şərh

"Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Naziri Lavrovun İrəvana səfəri oldu. Bu səfər əslində Lavrovun Bakı səfərini də qaçınılmaz edirdi. Çünki Lavrovun tək tərəfli səfər etməsi Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda tərəfsizliyini poza bilərdi. Hətta Lavrovun İrəvana səfəri ictimaiyyətimizdə onsuzda erməni pərəst olduğu düşünülən Rusiya XİN-i daha da etimadsız edəcəkdi. Lakin gözlənilən oldu və Lavrov Bakıya da səfər etdi. Səfərin təfərrüatlarına keçmədən öncə qeyd edim ki, Lavrov iki gün İrəvanda iki gün isə Bakıda oldu. Bu iki görüş olduqca həssas və bir o qədər də əhəmiyyətlidir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Turan Rzayev deyib.

O bildirib ki, Rusiya üçün iki ölkədə vacibdir: "Bu baxımdan Lavrovun kiçik bir səvhi tərəflərdən birinin narazılığına səbəb ola və Rusiyanın tərəfsizliyini poza bilərdi. Lavrov Bakı səfərində əslində rəsmi Bakının ona şikayətlənəcəyini təxmin etmişdi. Belə ki, cənab prezident İlham Əliyevin görüş zamanı əsas vurğuladığı bəyanatlar Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və bu səfər ərəfəsində işlətdiyi Qarabağ Ermənistanındır ifadələri oldu. Ölkə başçısının bu fikirləri bir şikayətdən çox düşünürəm ki, xəbərdarlıq mesajı özündə ehtiva edir. Çünki Ermənistan Baş naziri Paşinyanın bu kimi təhlükəli fikirləri istər münaqişənin danışıqlar prosesinə istərsə də cəbhədə gərginliyə təsir göstərə biləcəyi zənnimcə Lavrovun diqqətinə lazımı üslubda çatdırıldı. Əslində Lavrov da Paşinyanın məlum ifadəsinə etirazını bildirsə də birbaşa Paşinyana xitab etməmişdi. Bu da bir daha düşmən tərəfə göz dağıdır ki, biz olmasaq cəbhədə gərginlik arta bilər".

Ekspert qeyd edib ki, Lavrovun Bakı səfər istər Rusiyanın münaqişədəki rolunu, istərsə də tərəflərarası artan gərginliyi tənzimləmək baxımından əhəmiyyətli idi: "Lavrovun İrəvan səfəri və Bakı səfərində işlətdiyi iki ifadə böyük əhəmiyyət kəsb edir. Onun İrəvanda mətbuat konfransı zamanı münaqişənin həllində Dağlıq Qarabağın maraqları nəzərə alınmalıdır, Bakıda isə bütov Qarabağ əhalisinin maraqları nəzərə alınmalıdır ifadələri mahircə işlədildi. Lavrovun Bakıdakı ifadələrindən bu nəticəyə gəlmək olar ki, Dağlıq Qarabagda sülh əldə edilməsi üçün bütov xalq yəni Dağlıq Qarabağın  azərbaycanlı tərəfidə olmalıdır".

T.Rzayev vurğulayıb ki, bir müddət öncə Vitse prezident Mehriban Əliyevanın Rusiya görüşünun uğurlu keçməsi Lavrovun səfərində də özünü biruzə verdi. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bir separatçı hərəkat deyil, işğal faktorudur və Azərbaycanın bu məsələdə mövqeyi açıqdır. Biz münaqişəni beynəlxalq normalar çərçivəsində həllinə çalışırıq və bu nüanslar da Lavrovun diqqətinə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31