Musavatın müstəqillik tarixində alverçi kimi qalmaqlığı…
Musavatın müstəqillik tarixində alverçi kimi qalmaqlığı…
4 Dekabr 2019 12:44 SiyasətKeçmiş Musavat başqanı İsa Qəmbər 11 oktyabrda BBC Azərbaycana müsahibəsində deyib ki, saxta sənəd varsa ortaya fakt qoyulsun. Təəssüfü də, təəcübü də, tərəfkeşliyi də anlayırsan...Qocaman bir təəssüf də sən yaşayırsan gördüklərin üzündən...
VİP-in sədri Əli Əliyev də ona xatırladır ki, noyabrın 13-də Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin sədri və başqa mühacirlər miqrant daşımaqda ittiham edilərək həbs olunublar. Bu faktdır.Keçirilən əməliyyatın adı "mühacir ovu" idi. İndi saxlanılan adamların Bakıya,Azərbaycana qaytarılması prosesi həyata keçirilir.
Xatırladaq ki, buna qədər Bakıda DİN əməliyyat həyata keçirib miqrant alveri ilə məşğul olanların gizli ofislərini müəyyən edib, ictimaiətə təqdim eləmişdi. Bunun ardıyca əməliyyatı həyata keçirən güc strukturlarının rəhbərləri, onların ailə üzvləri siyasi mühacirlərin, daha dəqiqi söyüş müxalifətinin hədəfi olmuşdu. Hansı ki, indi saxlananlar arasında həmin adamlar da var.
Qayıdaq İsa bəyə. Onu anlayıram. Azərbaycan tarixində sima olaraq varlığını, rolunu da qəbul edirəm. Hətta İsa Qəmbərin əlindən "Elçibəy" mükafatı da almışam. Onun partiya təəssübünü də başa düşmək olar. Eyni zamanda düşünürəm ki, İsa bəyin və Musavatın başına gətirilən hoqqalarda bir adam günahkardırsa o İsa Qəmbərdir. On adam günahkardırsa, onun onu da İsa Qəmdərdir. Niyə?
Afir Hacılının kimliyi, fəaliyyəti, Müsavat Partiyasında, hələ İsa Qəmbərin başqanlığı dönəmində oynadığı oyunlar, etdiyi müəmmalı dostluqlardan hamıya bəlli idi. İsaq Qəmbər Müsavatı elə adama təhvil verdi ki, o, həmin partiyada başqan olacaqların sırasında ən sonuncu yerdə dururdu. Əslində İsa Qəmbərin partiya təhvil verəcəyi yeganə adam Musavatda nüfuzu və əqidəsinə görə mərhumVurğun Əyyub idi. Hansı ki, Arif Hacılı və digərləri əl birliyi ilə ölkənin nümunə olacaq siyasi simalarından birini qaralayıb, nəhayətdə proseslərdən uzaq tutmağı bacardılar.
Əslində nə baş verib bilirsinizmi? İsa qəmbər indi gördüklərinə inanmır. Sabiq səhiyyə naziri Əli İnsanovla dəyirmi masa keçirib yenidən geridönüş etmək planı da fiaskoya uğradı. Bəlli idi Əli İnsanov müxalifəti "dişinə vurmağa", yoxlamağa gəlmişdi, gördü onu lider kimi başa çıxarası deyillər ondan sonra kirimişcə bir dənə HƏPşirdi...Elə o gedən gedib, hələ bir ciddi, ağıllı, qərarlı addımını görən olmayıb.
Qaldı Musavata, o partiya bugünə qalmamalıydı. Azərbaycanın dövlətçilik tarixinə, iyirmi yeddi illik müstəqillik dönəmində Musavatın adı siyahılara, sənədlərə alçevçi damğası, mühacir satan partiya kimi düşməməliydi. Müsavat, müsavatçılıq əslində əqidə, əxlaq, mənəviyyat olmalı idi, alverçi yox...
Jalə Mütəllimova