“Ölkədə aparılan islahatlar dövlətin və xalqın maraqlarına xidmət edir” – Şərh
“Ölkədə aparılan islahatlar dövlətin və xalqın maraqlarına xidmət edir” – Şərh
3 Dekabr 2019 15:39 Siyasət"Dövlət müəyyən sərhədlər daxilində, insanların azad, suveren yaşam tərzini, hüquq və azadlıqlarını təmin edən siyasi institutdur. Hər bir dövlətin özünəməxsus idarəetmə sistemi mövcuddur. İdarəetmə müəyyən siyasət əsasında həyata keçirilir. Siyasət dövləti idarəetmə sənətidir. Məhz idarəetmə sistemi uzunmüddətli fəaliyyət göstərdiyi zaman ərzində müasir siyasi biliklər tətbiq edilmir, siyasi istiqamətlər yenilənmir. Hər anın bir hökmü vardır. İdarəetmə sahəsində islahatların həyata keçirilməsi zəruri xarakter daşıyır. Artıq keçmiş idarə rəisləri vəya rəhbərləri dolğun şəkildə iş icra etmək qabiliyyətinə malik deyildirlər. Bu bir növ yaş senzindən, əmək qabiliyyətindən və yeni sistem biliklərinin olmamasından irəli gəlir. Yeni islahatlar 1993-cü ili xatırladır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, aparılan islahatlar müasir inkişafdan xəbər verir: "Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə və birinci dəfə prezidentliyə gəldiyi ilk gündən yeni kadrları idarəetməyə cəlb edir. Bu kadrlar isə onun ilk hakimiyyəti dövründə xaricdə təhsil almağa göndərilən gənclərdən ibarət idi. Düşünürəm ki 26 il sonra edilən yeni dəyişikliklər öz müsbət nəticəsini göstərəcəkdir. Ölkə prezidenti İlham Əliyev struktur dəyişikliyində gənclərin fəaliyyətinə önəm verdiyini bəyan edir. Gənclik sektorunun formaşalaşmasına, onun inkişafına yönələn layihə və tədbirlər də bunun bariz nümunəsi hesab olunur. Son olaraq ölkənin qanunverici hakimiyyətinin təmsilçisi olan parlamentdə dəyişiklik xüsusi məna kəsb edir. Hər bir dövlət nüməyəndəsi xalqa xidmət etsə də, millət vəkilləri xalqın ən yaxın şəxslərindən biridir. Yeni dəyişiklik əsasında xalqın hüquq və azadlıqları müdafiə və yeni beynəlxalq mühitə yönəldiləcəkdir. Düşünürəm ki, 2019-cu il ölkəmizin tarixində islahatlar ili qəbul ediləcəkdir. İlin başlanğıcından sonuna qədər hər bir sahədə xüsusi islahatlar keçirilmişdir. İslahat inkişafdan xəbər verir. İslahatsız inkişafı təsəvvür etmək qeyri-mümkündür. Məhz ölkəmizdə islahatların keçirilməsi siyasi institutların fəaliyyətinin prespektivləşməsinə də xüsusi yol açacaqdır".