Allahşükür Paşazadə Naxçıvana gedir
Allahşükür Paşazadə Naxçıvana gedir
3 Dekabr 2019 14:00 SiyasətQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək. Bu barədə "Olaylar"a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı QMİ sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən yubiley mərasimində iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31