Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb
Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb
29 Noyabr 2019 17:01 SiyasətAzərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, noyabrın 26-da Albaniyada baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə 500 000 (beş yüz min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyi sərəncamda göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31