Noyabrın yağmurlu havasının tanqosu

Noyabrın yağmurlu havasının tanqosu

Azərbaycan müxalifəti bu il noyabr ayının 2-də, 10-da və 19-da mitinq keşirmək həvəsi ilə öz varlığı uğrunda son imitasiyasını ortaya qoyubdur. İlk öncə AXCP və onun yedək gücü sayılan "Milli Şura" bu barədə təşəbbüsləri ələ almaq istədi. Hətta icazəsiz aksiya taktikasından bəhrələnməyə də çalışdı. Onların fiaskosunu görən Müsavat partiyası bu dəfə sinəsini irəli verməyə çalışdı. Ancaq başı bəlalı müxalifətin təşəbbüsləri onları idarə edən liderlərin çevrəsindəki beş-on nəfərdən uzağa gedə bilmədi. Bunun səbəblərini isə artıq xalqın verdiyi qiymətlə ölçüldü. Hətta Gürcüstanın paytaxtı Tiflisdə müxalifətin uzun müddətdir keçirdiyi aksiyaların səmum yeli Bakıya gəlib çata bilmədi.

Müxalifətin aksiya məğlubiyyətinin səbəbləri
 

Azərbaycan müxalifəti ilə bağlı yaranmış problemi müxtəlif səvviyədə  təhlil edənlərin çoxunun ortaq fikri öz təsdiqini tapmış oldu. Bu, müxalifətin bu il dekabr ayının 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə qatılmaması, elektrotatının zəif olması onun imicinə çox ciddi zərbələr vurdu. Bunu biz deyil, Qərbdəki bütün siyasin institutların təhlilçiləri də etiraf edirlər. Çünki, müxalifətin "siyasi biznes"lə məşğul olması Qərbdə onların imicinə çox ciddi zərbələr vurubdur. Almaniyadan son iki il ərzində 300 nəfər Azərbaycan vətəndaşının qanunsuz əməllərinə görə deportasiya olunması Qərbdə heç də yaxşı qarşılanmayıb. Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, İsveç, Norveç, Finlandiya, İngiltərə, İtaliya, İspaniya, Portuqaliya, Latviya, Litva, Çexiya və digər ölkələrdən deportasiya olunan vətəndaşların əksəriyyətinin cibində hansısa müxalif partiyanın vəsiqəsi, arayışı və digər sənədləri ortaya çıxsa da, onları sorğu-suala tutanda əksəriyyəti mənsub olduğu partiyanın və rəhbərinin adını doğru-dürüst ifadə edə bilməmələri əsil rəzalət idi. Bütün bunlar dünya mətbuatında, eləcə də ölkəmizdəki KİV-lərdə geniş əks-səda doğurduğu üçün, müxalifət nokatu durumuna düşübdür. Hər şeyi görməzlikdən gəlmə adətinə çevirmiş müxalifət yenidən toparlanmağa çalışır. Ona görə də icazəli və ya icazəsiz aksiyaları ardıcıl şəkildə həyata keçirməklə varlığını isbat etməyə çalışır. Qanunsuz əməllərinə görə cəmiyyət qarşısında etirafda bulunmaq və ya qanunsuzluq edənlərin mənsub olduqları partiyadan uzaqlaşdırılması barəsində isə bir kəlmə də olsun söz deməyə nə üzləri, nə də sözləri qalıbdır. Ona görə də azsaylı tərəfdarları ilə fasiləsiz aksiyalar keçirmək taktikası ilə hərəkət edirlər.

Sosial şəbəkələri özləri kimi eybəcərləşdirənlər

"Azərbaycan Naminə Demokratiya", "Turan Tv", "Osmanqızı Tv", "Meydan Tv", "Kanal 13" və digər internet mediası, 50-dən çox söyüş taktikası ilə hərəkət edən bloger bu gün müxalifətin aparıcı tribunasına çevrilibdir. İş-gücü hakimiyyəti söymək, təhqir etmək olan müxalifətin özünün də xəbəri yoxdur ki, 21 əsrdə şaiə yaymaqla, çamur atmaqla, hətta gündə bir yalan uydurmaqla heç nəyə nail ola bilməyəcək. İnformasiya texnologiyasının inkişaf etdiyi bir çağda istənilən xəbərin nə qədər həqiqət olduğunu anındaca istənilən şəxsin əldə etmək imkanı var. Müxalifə isə heç nəyin fərqinə varmadan öz ampulasında çıxış etməkdə, yalan çamuru ilə yaşamaqda davam edir. Müxalifətin yalanları demək olar ki, beynəlxalq təşkilatlar tərəfindən də artıq ironiya ilə qarşılanır. Buna nümunə kimi "siyasi məhbus" siyahısını göstərmək olar. Utanmadan "siyasi məhbus"  məsələsini qruplara da bölüblər. "Jurnalistlər və blogerlər", "hüquq müdafiəçiləri", "müxalifət partiyalarının üzvləri" "MTN (2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi) cinayətlərinin qurbanları", "dindarlar", "girovlar", "ömürlük mühakimə olunanlar". Hüquqi baxımdan həmin qruplara daxil olanların heç biri haqqında məhkəmələrdə siyasi motivli qərarlar verilməyibdir. Belə olduğu təqdirdə, adı çəkilən məhbusların "siyasi" xarakter daşıması heç bir məntiqə uyğun gəlmir. Bütün bunlara baxmayaraq, müxalifətə bağlı bütün sosial şəbəkələrdə bəzi kateqoriyalı məhbuslar barəsində ağlasığmaz ideyalar sərgilənir.  Özləri kimi müasir dünyanın ən böyük inkişafı sayılan sosial şəbəkələri də beləcə hörmətdən salırlar.

Çiskinli mühitin acı bağırsağı

73 yaşlı eks səhiyyə naziri Əli İnsanov özü kimi təqaüdçülərdən ibarət siyasi partiya yaratamaq marafonuna çıxıb. Bəzi naşı adamlar bunu "regional" mənsubiyyətin etirazı kimi qələmə verməyə çalışsalar da, onların pərdə arxasındakı oyunlardan əsla xəbəri yoxdur. Əli İnsanovun xarakteri qisasçılıq üzərində köklənmiş və tibb aləmində deyildiyi kimi, psixotik epizod keçirən xəstələr kimi halüsinasiyalar görüb düşüncə pozğunluğuna mübtəla olubdur. Vaxtilə məşhur psixoloq Ernst Von Fektersleben qeyd edirdi ki, belə xəstələrdə maniyanın dozası artıq olanda istənilən insanda dərhal "anormal" hallar baş verir. Bipolar pozulur və ağır kliniki depressiya əlamətləri üzə çıxır. Ən dəşəhtlisi isə  "epileptik psixoz" əlamətlərin ortaya çıxmasıdır. Ernst Von Fektersleben bu barədə öz nəticələrini belə izah edirdi: "Xəstə özünü ya təmtəraqlı, musiqi və gözəlliklə zəngin bir şəraitdə, ya da cəhənnəmi xatırladan iyrənc bir mühitdə, düşmənlərinin əhatəsində hiss edir. Bu illüzor şəraitin hansının cərəyan etməsindən asılı olaraq xəstənin davranışı belə bir durumla nəticələnir. Ovqatı xoş, ya­rıyuxulu vəziyyətdə oynayıb-gülən bir xəstə söyləyirdi ki, o, hər tərəfi yaşıllığa bürünmüş kiçik bir gölün ətrafında şən bir məclisdədir. Orada musiqi çalınır, hamı rəqs edir. Çalğıçılar uzaq planetlərin sakinləridir, üz­lərinə maska taxmışlar".
Siyasi baxımdan depressiya keçirənlər haqqında əksər psixoloqların fikrincə onlarda daim kəskin affektiv psixoz əlamətləri bəzən ucpressiv fonda, disforiya əlamətləri,  özünü kiçiltmə sayıqlamaları ilə cə­rəyan edə bilər. Kədərli, həyəcanlı hərəkətlərlə təzahür edən belə vəziy­yət təhlükəli, aqressiv aktlarla da müşayiət olunur. Xronik psixoz hallan ilə şərtlənən epilepsiyada paranoyal, parafren, hallüsinator-paranoid və katatonik əlamətlər qeyd olunur. Xəstələr nisbə­tən sakit görünür, məmnuniyyətlə suallara cavab verir və iztirablarını söy­ləyirlər. İsteriya tutmasını epilepsiya tutmasından ayıran əsaslı fərqlərə bax­mayaraq, bu tutmaların diferensial diaqnostikasında həkimlər ciddi çətin­liklərlə qarşılaşırlar.
Payızın orta çağında çiskinli və yağmurlu havalarda müxalifətin əl-qol açıb oynaması, heç nə olmamış kimi, öz varlığını isbata çalışması gerçəkdən çox acınacaqlıdır. Ona görə də, bunca idbarcasına addımlar atır.

Ə. Yusifoğlu 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31