Fikrət Yusifov siyasətə qayıtdı

Fikrət Yusifov siyasətə qayıtdı

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bundan sonra siyasətlə məşğul olacaq. "OLAYLAR" xəbər verir ki, sabiq nazir  Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müavini təyin edilib. Partiyanın mətbuat xidmətinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, noyabrın 28-də Fikrət Yusifov partiya sədrinin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31