Əli Əhmədov: "Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq"

Əli Əhmədov: "Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq"

Növəbti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun da formalaşması bizim diqqətimizdə olacaq.

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, söhbət parlamentə xalqı ən layiqlə təmsil edən şəxslərin cəlb edilməsindən gedir: "Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni Azərbaycan Partiyasından nə qədər şəxsin parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31