Müxalifətin “Qarabağ məkri”

Müxalifətin “Qarabağ məkri”

Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:

1) Mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma;

2) Müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;

3) Öz səhvini başa düşdükdə, bunu səmimiyyətlə etiraf et;

4) Sakit tərzdə söhbət etməyə çalış;

5) Hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;

6) Qarşındakına danışmaq imkanı ver, tez-tez sözünü kəsmə;

7) Öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;

8) Heç kəslə bağlı tərəfkeşlik etmə;

9) Müsahibinin dərdlərinə şərik olmağa çalış;

10) Öz ehtiras və duyğularını nəzarət altında saxla;

11) Qarşındakının həm gözünə, həm də düşüncələrinə nüfuz etməyə çalış;

12) Öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər.

Deyli Karnegi

Bütün bunları Azərbaycan müxalifətinin simasında görmək mümkün deyil. Neçə illərdir köhnə qrammofon valı kimi eyni nəğməni təkrar etməkdən usanmayıb. Faktiki olaraq, ötən 26 ildə cəmiyyətə nəsə yeni ideya ilə gəlməyi belə ağlından keçirməyib. Qarabağ məsələsini daim siyasi alver predmetinə çevirməkdən də çəkinməyib. Bu il noyabr ayının 30-da Qarabağ məsələsi ilə əlaqədar mitinq keçirməyi planlaşdırıbdır. Müxalifət özünün mitinq, piket və yürüş keçirmək hüququndan istifadə edərək yenə də cəmiyyəti tamamilə yalnış yola sürükləməyi hədəf seçibdir. Neçə müddətdir bütün sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini "Qarabağ məsələsi"ndə hansısa siyasi iradənin təsiri altında ermənilərin işğalçılıq və ekspansionist hədəflərinin maraqlarına uyğun "güzəştlər"ə gedəcəyi hallandırılır. Yaddaşı tamamilə korşalmış müxalifətin yadına salmaq gərəkdir ki, istər Çarlıq Rusiyası, istər Sovetlər Birliyi, istərsə dövlət müstəqilliyi illərində Azərbaycanın heç bir rəhbəri, siyasi hakimiyyəti torpaqlarımızın ermənilərə "peşkəş" verilməsində iştirak etməyib və hansısa sənədə qol çəkməyib.

Böhtanlar bataqlığının tıxacında ilişib qalmış müxalifətin aqibəti

Dövlət müstəqilliyimizə qovuşduqdan sonra, ilk dəfə olaraq, Azərbaycan tarixində xalqımız ermənilərin işğalçılıq, anneksiya və digər strateji hədəflərə uzanan dövlətlə birlikdə hərəkət edibdir. 1992-ci ildən üzü bu yana bütün beynəlxalq sənədlərdə və sülh danışıqlarında Azərbaycan hakimiyyəti bir addım da olsun geri çəkilməyib. Son illərdə president İlham Əliyevin rəhbərliyi altında BMT, Avropa Şurası, Avropa Birliyi, ATƏT, İslam Əməkdaşlıq Şurası, GÜAM və digər bütün beynəlxalq təşkilatlarda işğal siyasəti ilə bağlı Ermənistanı ən sərt şəkildə tənqid edən çıxışlar olmuşdur. Xarici İşlər nazirliyinin bütün sənədlərində Qarabağla bağlı həmin sənədlər öz yerini tapıb. Bu barədə Azərbaycan və beynəylxalq KİV-lərdə getmiş yazılara müxalifət diqqət yetirsəydi bu qədər cığallıq etməzdi. Bütün bunları görməzlikdən gəlməklə xalqımızı tamamilə yalnış bir məcraya yönəltmək əslində milli xəyanaətə bərabər atılan addım deməkdir. Azərbaycanda uşaq baxçalarında, orta məktəblərdə, ali təhsil ocaqlarında Qarabağ həqiqətləri barəsində xüsusi dövlət proqramının tərkib hissəsi kimi tədrisin keyfiyyətini görə bilməyən müxalifətə məsləhətimi odur ki, heç olmazsa bütün bunları gedib araşdırsın. Elmi tədqiqatlarda Qarabağ həqiqətləri barəsində son 25 ildə sayı-hesabı olmayan həcmdə elmi tədqiqatlar həm Azərbaycan, həm də dünya dillərində çap olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yanında KİV-in İnkişafına  Dəstək Fondu, Elmin İnkişafı Fondu, Bilik Fondu, Gəncliyə Yardım Fondu və digər dövlət strukturları tərəfindən vətəndaş cəmiyyəti və dünya birliyi ilə görüləcək işlərlə bağlı milyonlarla vəsait  xərclənir. Bütün bunları müxalifət görmürsə, o zaman harada və necə özünə məzar qazanacağı barəsində düşünsə daha yaxşı olardı. Çünki, hər il bu istiqamətdə görülən işlər barəsində Prezident admnistrasiyası, KİV-lər, vətəndaş cəmiyyəti institutları, digər rəsmi dövlət strulturları xalqımızı qarşısında hesabatla çıxış edirlər. Deyəsən müxalifətin bunlardan da xəbəri yoxdur?!.

Mitinq, piket və küçə yürüşü ilə qlobal problemlər həll olunmur

Ötən əsrin 80-ci illərinin eyforiyasında indiyə kimi ilişib qalmış müxalifətin faktiki olaraq ictimai, siyasi, sosial və digər sahələrə olan münasibəti, irəli sürdüyü fikir və görüşləri hələ də dəyişməyib. Çünki, şüarlar və önə sürülən fikirlər tamamilə eynidir.
Son illərdə müxalifətə cəmiyyətdə olan inamın sarsılması təbii olaraq, bir sıra partiya liderlərinin saxta xarizmasına çox ciddi zərbələr vurubdur.
AXCP-nin "Milli Şura" adı altında ölkə Konstitusiyasını dəyşdirmək istəyən radikal islamçılarla bir arada olması, daxildə və xaricdə "söyüş tribunası"na üstünlük verməsi intellectual baxımdan cəmiyyətdə haqlı narazılığına səbəb olmuşdur. "Mühacir alveri" siyasətinə görə AXCP rəhbərliyinin varlanması, xarici ölkələrin antidövlət fondları sayəsində qrantlar alması da başqa bir rəzalətdir.
Son bir ayda Almaniyanın Daxili İŞlər nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli oldu ki, Müsavat partiyası və onun rəhbərliyi AXCP-dən heç də geri qalmır. Bu biabırçı olay bütün imkanları ilə gizlədilməyə çalışılsa da, Müsavatın başqanı Arif Hacılı yaxasını kənara çəkə bilmədi. Müxalifətin bu iki iriçəkili siyasi partiyalarının bu qədər acınacaqlı duruma düşməsinin səbəblərini hakimiyyətin yürütdüyü siyasətdə deyil, elə onların özlərində axtarmaq gərəkdir. "Siyasi biznesmenlər"ə çevrilmiş bu iki partiyanın rəhbərləri özlərinin ayıblarını gizlətmək üçün paytaxt Bakının mərkəzində bir sıra aksiyalar keçirməklə, bəzən də hakimiyyət yetkililərini, xüsusilə polisi siyasi baxımdan provakasiyaya cəlb etmək üçün bir sıra avantüraları da hədəf seçiblər. 28 may metrosunun yaxınlığında oktyabr 19-da gündəmə gətirilən son hadisələr bunun təsdiqidir. AXCP və ya Müsavat tərəfindən irəli sürülən aksiyaların heç biri nəticə etibarı ilə Azərbaycanın köklü problemlərinin həllində açar rolunu oynamayıbdır.
Sosial şəbəkələrdə var-gücü ilə təbliğatlar apararaq, "virtual qəhrəman"a çevrilmək iddiaları da artıq öz bəhrəsini vermir.

Müxalifət ona görə də Qarabağ məsələsi kimi müqəddəs mövzunu süni şəkildə qabartmaqla ictimai fikri öz tərəfinə çəkməyə nə qədər cəhdlər göstərsə də, hələ də heç bir uğura imza ata bilməyib. Fikrimizcə müxalifət bu yöndə öz səhvlərini, yalnış baxışlarını redaktə etsə bu daha yaxşı olardı. 
"Bir müddət siyasi intriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir,bütün qalan şeylər onun üçün maraqsız görünür" (J.Labrüer). Müxalifət əslində bu dahi filosofun dediyinə bənzəyir.
"Xalqın ürəyini ələ almaq üçün vaxt tələb olunur" (S.Lakrua). Müxalifət heç bir zaman nə xalqın, nə də dövlətin yanında yer almadığı üçün, siyasi macəraçılıqdan, iftira və böhtan çamurundan xilas ola bilmir.  
"Siyasətçinin ən böyük məziyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir" (U.Çörçill). Azərbaycan müxalifətində bu məziyyətlərin heç biri tarixən olmadığı üçün, rəzil durumda yaşamağa məhku. mdur.
"Yeni istehkamlar qurmamış köhnələrini uçurmağa yol verməyin" (N.Derom). Müxalifət heç bir zaman nə köhnə istehkamlardan hali olub, nə də yenilərini qurmaq üçün hər hansı bir iş görə bilməyib. Müxalifətin basilica problemləri həmin faktorlara bağlıdır.

Ə. Yusifoğlu


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31