"AXC-Müsavat cütlüyü cəmiyyətin lənətidir"

"AXC-Müsavat cütlüyü cəmiyyətin lənətidir"

Noyabrın 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlətin 100 illiyinə həsr olunmuş mərasimdə ölkə başçısı geniş nitqlə çıxış edib. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident öz çıxışında bir çox həssas məqamlara toxunub: "Bunlardan biri də Azərbaycanın müstəqillik illərində keçdiyi tarixi yolla və o yolda çıxan maneələrlə bağlı olub. Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşub. Müstəqilliyimizin ilk illərində, yəni Ulu Öndər Heydər Əliyevin prezidentliyinə qədər olan dövrlərdə hakimiyyətdə olmuş üç rəhbərin üçü də hakimiyyəti qoyub qaçıb, bu tarixin bir reallığıdır. Çünki Ulu Öndər Heydər Əliyevə qədər olan dövrdəki rəhbərlərin heç biri Azərbaycan xalqını öz arxasınca apara bilməyib və Azərbaycanın müstəqilliyinin qarantı ola bilməyib".

Deputat qeyd edib ki, tarixdə ilk dəfə Azərbaycan 1918-ci ildə öz müstəqilliyini əldə edib, amma həmin vaxt da müəyyən rəhbərlər müstəqilliyi qoruyub saxlaya bilmədiyindən Azərbaycan 70 il öz müstəqilliyinin arzusunda qalıb: "Nəhayət həmin arzuların reallaşdığı bir dövrdə yenidən müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmiş oldu. AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu illəri xüsusilə qeyd etmək lazımdır. Çünki onlar nəyinki müstəqilliyi qoruyub saxlaya bilmədilər, hətta vətəndaşların istəklərinin reallaşdırılmasına dair hər hansı bir addım atmaq iqtidarında deyildilər".

A.Badamov vurğulayıb ki, bu ağır vəziyyətdə hakimiyyət yükünü daşımalı olan yeganə şəxsiyyət Heydər Əliyev oldu və AXC-Müsavat cütlüyünün Azərbaycan müstəqilliyinın əsaslarına vurduğu zərbədən xilas etmək, ölkəmizin müstəqilliyini möhkəmlədib, inkişaf etdirə bilmək üçün uzun illər lazım oldu: "Qeyd olunduğu kimi AXC-Müsavat cütlüyü cəmiyyətin lənətidir. Bunlar heç vaxt Azərbaycan xalqının iradəsini ifadə etməyiblər və bu gün də özlərini radikal müxalifət adlandıraraq heç də xalqın istəklərini reallaşdırmaq arzusunda deyillər. Onları düşündürən ancaq öz mənafeləri, şəxsi maraqları, xarici havadarlarının istəklərinin reallaşdırılmasıdır. Belə olan halda xalq da tarixi yada salmalıdır. Azərbaycan çətin tarixi bir dövrdə müstəqilliyi əldə edib, qarşılaşdığı təhlükələri və bu təhlükələrin hansi istiqamətdən gəldiyi barədə bizim gənclərimiz məlumatlı olmalıdır. Vətəndaşlarımız bilməlidirlər ki, onların bu gün də səsləndirdiyi yaramaz fikirlərin heç bir tarixi əsası yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31