Xalqın radikal düşərgəyə verdiyi qiymət əbədidir, dəyişilməzdir- ŞƏRH

Xalqın radikal düşərgəyə verdiyi qiymət əbədidir, dəyişilməzdir-ŞƏRH

Uzun illərdir hakimiyyət hərisliyi ilə yaşayan radikal siyasi düşərgə və onun təmsilçiləri zaman-zaman ölkədə xaos, anarxiya yaratmaq, Azərbaycanı vətəndaş qarşıdurmasına sürükləməklə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Lakin sevindirici haldır ki, Azərbaycan cəmiyyəti xaosçular, anarxistlərə imkan tanımayaraq, onlara öz yerlərini göstərirlər.

Cəmiyyətin radikal düşərgəyə dəstək verməməsini şərtləndirən başlıca amillərdən biri bu qüvvələrin hakimiyyətdə olduğu illərdə ölkəni uçuruma doğru aparmalarıdır ki, xalq bird aha həmin ağrılı günləri yaşamaq istəmir.  Çünki Azərbaycanın bu gün üzləşdiyi çətinliklər, problemlərin bir nömrəli baiskarı məhz zamanında adıçəkilən qüvvələr olub. Burada bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bəzi hallarda AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, onların idarəetmə prosesində yol verdiyi ciddi nöqsanlara diqqət çəkməsi də radikal siyasi düşərgə üçün növbəti sarsıdıcı zərbə olur. Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyir ki, son dövrlər Prezident İlham Əliyev çıxışlarında mühüm siyasi məqamlara diqqət çəkir. Onun sözlərinə görə, dövlət başçısı Sumqayıt şəhərinin 70 illiyi, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə 1990-cı illərin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərə, o dövrün hakimiyyətinə, siyasi təşkilatlarının və liderlərinin yarıtmaz fəaliyyətinə toxunaraq önəmli vəziyyəti bizə yenidən xatırladır: "Həmin dövrdə dövlətə rəhbərlik edən, dar günündə vəzifəsini qoyub qaçan fərari siyasətçilər yenidən aktivləşərək, ölkəni həmin qaranlıq günlərə qaytarmaq istəyirlər. Prezident İlham Əliyevin bu baxımdan söylədikləri olduqca dəqiq yanaşmadır: "Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi".

Arzuman Abdulkərimov hesab edir ki, Prezident İlham Əliyevin bunları yenidən cəmiyyətimizə xatırlatması təsadüfi deyil. Çünki həmin dövrdə Azərbaycan xalqının və dövlətinin məsuliyyətini, təhlükəsizliyini öz üzərinə götürmüş "dövlət xadimləri" bir gecənin içində bütün bu deyilənləri unudaraq, hər şeyi başlı-başına buraxıb ortalıqdan yox oldular, vəzifələrini dondurdular: "Mitinqlərdə, yüksək kürsülərdə, mətbuatda "xalqım, dövlətim, millətim üçün şəhid olaram" deyərək psevdovətənpərvərlik edənlər fiziki cəhətdən məhv ediləcəklərindən qorxaraq verdikləri bütün vədləri unudub, canlarını götürüb qaçmağa üstünlük verdilər. Ölkə dərin fəlakətlə üz-üzə qaldı. Gəlin bir anlıq biz də həmin dövrü xatırlayaq. Azərbaycanın 1990-cı illərin əvvələrini təsəvvürümüzdə canlandıraq. Hakimiyyətdə özbaşnalıq, ölkədə anarxiya, müxtəlif hərbi birləşmələrin vahid komandanlığa tabe olmaması, vətəndaş müharibəsinin qaçılmsz olması, infrastrukturun, iqtisadiyyatın darmadağın vəziyyətə düşməsi, dövlətimizin xəritədən silinmək təhlükəsi. Bu AXC-Müsavat cütlüyünün səbatsızlığı, səriştəsizliyi və qətiyyətsizliyi nəticəsində yaranmış Azərbaycan reallığı idi. Həmin hakimiyyətin Milli qəhrəman elan etdiyi Surət Hüseynov və onun quldur dəstəsi, ölkədə daxili asayişin qorunmasına cavabdeh olan "OMON"çular, ölkəni etnik separatizmə sürükləyən Ələkrəm Hümbətov, şimal bölgəsində baş qaldırmaqda olan "Sadval" seperatçıları ölkəni məhv etməkdə idilər. Onlar bunu xarici havadarlarının dəstəyi və ölkə rəhbərliyinin qətiyyətsizlik və qorxaqlığından istifadə edərək həyata keçirməyə çalışırdılar. Ancaq Azərbaycan xalqını bu durumdan çıxara biləcək, onu layiq olduğu yerə qaldıra biləcək siyasi lideri var idi. Bu ulu öndərimiz Heydər Əliyev idi. O Azərbaycan dövlətini məhv olma təhlükəsindən xilas etdi. Xalqın taleyini bir ovuc anarxistin, fərarinin və hakimiyyət hərislərinin ümidinə buraxmadı".

Partiya rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev haqlıdır. "Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq". Mən də həmin dövrdə bu hadisələrin içində olmuş bir gənc olaraq ürəkağrısı ilə baş verənləri müşahidə etmişəm. Mənim kimi minlərlə gənclin bir gecənin içində ümidini, gələcəyə ianmını məhv edərək, ortadan qeyb olanların ölkəni fəlakətə sürükləyib, bu gün revanş götürmələrini xalqımızın mühakiməsinə buraxıram. Əminəm ki, müdrik xalqımızın onlara verdiyi qiymət əbədidir, dəyişilməzdir. Sonda AXC-Müsavat hakimiyyətinin Rusiyada səfiri olmuş Hikmət Hacızadənin mənə danışdığı bir hadisəni sizlərlə bölüşməklə yekunlaşdırıram. Günlərin bir günü o dönəmdə baş nazir olmuş Pənah Hüseyn Moskvaya səfərə gedir. Səfir Hikmət Hacızadə rus sürücüsünü hava limanına göndərərək onu qarşılamağı tapşırır. Baş naziri tanımayan sürücü təyyarədən enən insanlara "kto Panax Quseynov" deyə müraciət edir. Hikmətin dediyinə görə gül satanlardan biri "Ya" deyərək cavab verir. Sürücü öz növbəsində onu götürərək istədiyi yerə aparır. Üstündən bir neçə saat keçəndən sonra Pənah Hüseyn Hikmətə zəng edərək onu niyə qarşılamadığını soruşur. Hikmət Hacızadə heç nə olmamış kimi "axı səni sürücü qarşılayıb otelə aparıb" deməklə kifayətlənir. Bax budur onların idarəçilik bacarığı və dövlət anlayışı".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31