“Bilik, savad gələcəkdən və gəncliyin tərənnümündən xəbər verir” – Şərh

“Bilik, savad gələcəkdən və gəncliyin tərənnümündən xəbər verir” – Şərh

"Ölkəmizin uzun tarixi keçmişi mövcuddur. Bu keçmiş daxilində müxtəlif sahələrdə yaranma, inkişaf, formalaşma mövcud olmuşdur. Bu sahələrdən biri Təhsil sahəsidir. Təhsil inkişafdır, təhsil formalaşmaqdır, təhsil təfəkkürdür. Bakı Dövlət Universiteti təhsil sisteminin təcrübəsini özündə əks etdirir. 100 illik təcrübə sistemdəki inkişafın tərənnümüdür. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulsa da, ən yüksək inkişaf mərhələsi müasir, müstəqil Azərbaycan Respublikası dövrünə təsadüf edir. Bakı Dövlət Universiteti tarixi bir irsdir. Məhz bu irs özündə peşəkar alimləri, akademikləri, minlərlə tələbələri özündə cəmləşdirir. Məhz, bunu da qeyd edim ki, Ümumilli Lider Heydər Əlirza oğlu Əliyev də universitetin məzunu olmuşdur. Azərbaycan SSRİ tərkibində olduğu zamanlarda insanların təhsil alması, onların savadlanması məhdudlaşdırılırdı. Bununla cəmiyyət inkişafdan qalırdı. Lakin Ulu Öndər I hakimiyyəti - 1969-1982ci illər ərzində bu məsələyə xüsusi diqqət yetirmiş, ölkədə və ölkədən xaricdə təhsilə üçün böyük səylər göstərmişdir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O bildirib ki, müasir dövrdə də bu neqativ hallar mümkün deyildir: "Ölkədə ciddi şəkildə kadr islahatları gedir. Məhz kadrlar öz savadlılıq, dünyagörüşü, intellekti səviyyəsinə görə fərqləndirilir. Bilik, savad gələcəkdən və gəncliyin tərənnümündən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı qeyd etmişdir: "Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. " Ölkəmizdə tələbələr üçün yeni imkanlar yaranır, inkişaf edir. Yeni dərs sistemlərinin tətbiqi, ölkədə kadr dəyişiklikləri, ixtisas sərgiləri, təqaüdlərin artırılması müasir dövrdə tələbələrə göstərilən diqqət və qayğının nəticəsidir".

"Ölkə prezidenti çıxışında bütün respublika tələbə və müəllim heyətini təbrik etmiş, təhsilimizin inkişafında uğurlar arzu etmişdir. Nəzərə alaq ki, cənab Prezident 23 yaşında Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində müəllimlik fəaliyyəti ilə də məşğul olmuş, müəllimliyin dərin sirrlərini öyrənmişdir".- deyə Ə. Miriyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31