"Azərbaycan gənci gələcəyini qurmaq üçün tarixi keçmişini unutmamalıdır" - BƏHRUZ QULİYEV

"Azərbaycan gənci gələcəyini qurmaq üçün tarixi keçmişini unutmamalıdır" - BƏHRUZ QULİYEV

"Təhsilin inkişafı və mütərəqqi əsaslara söykənməsi ilk növbədə ölkəmizhin kadr potensialının təminatında mühüm rol oynayır".

Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Bakı Dövlət Universitetində səsləndirdiyi nitqini şərh edərkən deyib. Onun sözlərinə görə, təhsil gənclərin gələcək həyatlarında önəmli rol alır: "Məhz Cənab İlham Əliyev də bu xüsusda danışarkən qeyd etdi ki, Azərbaycan gənci gələcəyini qurmaq üçün tarixi keçmişini unutmamalıdır. Əlbəttə ki, bir zamanlar Azərbaycanda ağır, böhranlı vəziyyət dövrdə gənclər nə normal təhsil ala bilir, nə də, gələcək planlarını qura bilirdilər. Xüsusilə, AXC-Müsavat hakimiyyəti vaxtında yaşanan ağır həyat, nəinki gənclərin, eləcə də, təhsil müəssisələrinin qarşısına sədd çəkmşdi. Ağır həyat, çörək növbələri, bir parça çörəyə görə yeniyetmə və gənclərin təhsillərini yarımçıq qoyaraq muzdlu işləmələri respublikanın müstəqilliyini də böyük sual altında qoymuşdu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbindən sonra hakimiyyətə gəlməsi nəticəsində qara buludlar təhsilin üzərindən getdi və qarşıda yeni yollar açıldı. Bütün bu reallıqlar artıq bu gün özünü bütün keyfiyyətləri və münbit üstünlükləri ilə təsirini göstərməkdədir. 

Biz onu da unutmamalıyıq ki, Ümummilli Lider Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısı, gənclərimizin xarici ölkələrin ən mötəbər ali məktəblərinə dövlət xətti ilə oxumağa göndərməsi bu günün inkişaflı Azərbaycannında öz sözünü kifayət qədər deməkdədir. Hazırda bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ardıcıl qayğı, diqqəti ilə dövlət kadrlarının yetişdirilməsi üçün bütün imkanlardan istifadə edir. Əbəs deyil ki, bu gün Azərbaycanın gənc alimləri, səhiyyə, mədəniyyət və s. işçiləri aldıqları yüksək, keyfiyyətli təhsilləri ilə ölkəmizi dünyada tanıdıblar. Görkəmli alimlərimiz, elm xadimlərimiz ölkəmizin nüfuzunu daim yüksəklərdə tuturlar".  "Eyni zamanda ali təhsil müəssisələrində oxuyan tələbələrin təqaüdlərinin 50 faiz artırılması, onların sosial həyatlarının yaxşılaşdırılması üçün verilən qərarların hər birində dövlət başçımızın şəxsi tövsiyələri və tapşırıqları vardır ki, bu da onların daha münbit təhsil almalarına öz böyük və müsbət təsirlərini göstərməkdədir" deyən Bəhruz Quliyev sonda onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri də bu önəmli strategiyanın davamıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31