Azərbaycan müxalifəti barədə tragikomik janrda film çəkmək olar
Azərbaycan müxalifəti barədə tragikomik janrda film çəkmək olar
27 Noyabr 2019 13:43 Siyasət"Azərbaycan Xalq Hərəkatının (AXH) iclasında dava düşməsi təbii haldır. Bu birinci dəfə deyil ki. Bundan əvvəl də belə davalar olub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, indi də İsgəndər Həmidovun qurumdan uzaqlaşdırılması ilə bağlı dava düşüb: "Müxalifətimiz bu cür davaların, ixtilafların, ziddiyyətlərin nəticəsində bir-birini yeyib bitirəcək. Azərbaycan müxalifətinin bu özəlliyi, bu fərqli yönü barədə hətta ayrıca film də çəkmək olar. Əlbəttə, tragikomik janrda. Politoloqlarımız üçün də yazmağa, təhlil etməyə, "baş sındırmağa" mövzu çoxdur". Partiya sədri onu da qeyd edib ki, mövcud Azərbaycan müxalifəti heç bir politoloji ölçülərə, təsnifatlara uyğun gəlməyən əcaib işlərlə məşğuldur.