Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq
Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq
27 Noyabr 2019 13:08 SiyasətNoyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək. "Olaylar" xəbər verir ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. İclaslarda AŞPA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır. Səməd Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31