Müxalifətin mitinq təşəbbüsünün pərdəarxası məqamları- Siyasi analiz

Müxalifətin mitinq təşəbbüsünün pərdəarxası məqamları-Siyasi analiz

Radikalların "mühacir biznesi" ifşa olundu

Özlərini radikal müxalifət kimi qələmə verən AXCP və Müsavatın "mühacir biznesi" iflasa uğramaqdadır. Belə ki, Almaniya məhkəməsinin mühacirlərlə bağlı yaydığı qərar mitinq və piketlərlə "qaz vurub, qazan dolduran" sözügedən siyasi partiyaların ifşasına səbəb olub. Nəzərə almaq lazımdır ki, əslində ictimai rəyə heç bir təsiri olmayan aksiyaların təntənəli keçirilib-keçirilməməsi AXCP və Müsavat rəhbərlərinin qətiyyən marağında deyil. Məsələ orasındadır ki, bu partiyaların rəhbərləri istənilən halda aksiya keçirməklə yalnız və yalnız özlərinin biznes maraqlarını güdürlər. Yaxşı başa düşürlər ki, xarici anti-Azərbaycan  dairələrindən  verilmiş sifarişin icra olunmasından ötrü kütləviliyə ehtiyac yoxdur. Sadəcə aksiyalar üçün ayrılmış çirkli pulların hesabatı zaman gözləmir. Elə bu səbəbdən müvafiq icra hakimiyyətinin təklifi nəzərə alınmadan qarşıdurma ilə müşayiət olunan aksiyalara üstünlük verilməli idi. Belə aksiyaların daha bir "xeyri" mühacir biznesidir ki, artıq özünü polisə döydürüb şəkil çəkdirməklə qazanc əldə etmək mümkün olmayacaq. Çünki,  Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarı ictimaiyyətə açıqlanıb. Bildirilib ki, indiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən Məmmədov barəsində gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var. Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir. 2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib. Bunların arasında, xüsusilə "Ramil Rüstəmov", Rəşad və Əziz, hər biri ailə üzvləri ilə birlikdə, Azərbaycan ərazisindən heç bir pasportu və yaşamaq icazəsi olmadan Almaniya ərazisinə daxil olmuşdurlar. Bununla yanaşı, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunur və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunurdu.Təqsirləndirilən Xəlilbəyli xüsusilə bu işlərin ümumi olaraq təşkil olunmasında və ödənişin qəbul olunmasında və qaçaq gələn şəxslərlə əlaqədə olan ilk şəxs kimi tanınır. O, qaçaq miqrantlara qaçqın statusu almaq prosesi zamanı və Almaniya dövlət qurumları ilə əlaqədə necə davranılmalı olduğunu öyrədib.Bundan əlavə o, qanunsuz miqrantların həqiqi sənədlərini özündə saxlayıb, qanunsuz miqrantların Azərbaycanda guya siyasi təqibə məruz qalmasını göstərən saxtalaşdırılmış sənədlərlə təmin etmək üçün vəziyyətdən asılı olaraq 3-cü şəxsləri, digər təqsirləndirilən Həsən və Cavadovu bu fəaliyyətə cəlb edib.Təqsirləndirilən Məmmədov hər bir halda 2018-ci ilin payızına qədər təqsirləndirilən Xəlilbəylinin sürücüsü kimi çalışıb, hansı ki, o 2015-ci ildən bəri təxminən 50 dəfə olmaqla ümumilikdə 300.000 avro məbləğində pulu təqsirləndirilən Cavadovdan təqsirləndirilən Xəlilbəyliyə çatdırıb və ümumilikdə 7 saxta sənədlərlə dolu paketi təqsirləndirilən Həsəndən təqsirləndirilən Xəlilbəyliyə verib. Bununla yanaşı, o, qaçqın miqrantları hava limanında qarşılamış və ilk kontakt şəxs olan təqsirləndirilən Xəlilbəylinin təlimatlarını çatdırmışdır. Əlavə olaraq nəğd ödənişlərlə və Sparkasse və Neuvid Volksbnakdakı hesabları vasitəsilə qanunsuz miqrant alverindən əldə etdikləri gəliri ört-basdır etmişdir. Qeyd edək ki, sənəddə bu kimi məlumatlar kifayət qədərdir. Biz sadəcə bir epizodu diqqətə çatdırdıq ki, müxalifətin "mühacir biznesinin" iç üzünü təqdim edə bilək.

Əldə etdiyimiz məlumata görə,  müxalifətin mitinqə qatılan azsaylı iştirakçılar heç də müxalifət, yaxud onların təbiri ilə desək, "narazılar" dan ibarət kəsim olmur. Maraqlı olan məqam ondan ibarətdir ki, aksiyalarda iştirak edən şəxslərin əksəriyyətinin heç birinin öncədən siyasi fəaliyyətləri olmayıb. Belə ki, mitinqdə Avropa ölkələrindən "siyasi mühacir" kimi yaşamaq istəyən şəxslər üstünlük təşkil edib. Məlumata görə, bu kateqoriyadan olan şəxslərin mitinqdə iştirak etməsinin ən böyük səbəbi Avropa ölkələrinin "siyasi mühacir"lərlə bağlı tələbləridir. Belə ki, mitinqlərdə iştirak edib şəkillər çəkdirən sözügedən vətəndaşlar bununla səfirliklərə müraciət edə bilirlər. Onlar ölkədə baş verən hadisələrə etirazlarını bildirdiklərini fotolarla təsdiqləyirlər. Mənbənin sözlərinə görə, ümumiyyətlə heç bir ictimai-siyasi fəaliyyəti olmayan şəxslərə Avropada "siyasi mühacir" adı almasına AXCP, Müsavat funksionerləri ilə yanaşı, müxtəlif səfirliklərdən qrantlar alan və ölkədə "ictimai xadim" kimi tanınan gənclər də köməklik ediblər. Bu işlər isə hansısa təəssübkeşliyə görə yox, hansısa maddi təminat qarşılığında edilib. Sadalanan faktlar deməyə əsas verir ki, radikal müxalifətin siyasi aksiya təşəbbüsü heç də sivil siyasi mübarizəyə deyil, maddi maraqların təmin olunmasına hesablanıb.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31