ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq
ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq
18 Noyabr 2019 13:06 SiyasətNoyabrın 21-də Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək. Milli Məclisdən "Olaylar"a bildirilb ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.Yüksək səviyyəli rəsmi şəxslərin, Böyük Qafqaz regionu ölkələri səfirlərinin, ABŞ-ın hökumət nümayəndələrinin iştirak edəcəyi yubiley tədbirlərində "Əsrin müqaviləsi"nin imzalanmasından bugünədək regionda enerji təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda, Qazaxıstanda və digər Xəzər hövzəsi ölkələrində neft və qaz istehsalının gələcəyinin öyrənilməsi barədə məsələlərə nəzər salınacaq. Səfər çərçivəsində komitə sədri ABŞ Konqresində də bir sıra görüşlər keçirəcək, Azərbaycan-ABŞ münasibətlərinə dair müzakirələr aparacaq.