Spikerdən xəbərdarlıq:” “Heç kimi zorla millət vəkili etməyiblər”

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib. "Olaylar"ın məlumatına görə, buna səbəb bəzi deputatların iclasda iştirak etməməsi olub. Spiker hər kəsə işində diqqətli olmağı tapşırıb: "Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornla millət vəkili etməyiblər.Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur"-, deyə O.Əsədov vurğulayıb. O.Əsədov deputatların telefonlarına zəng gəlməsinə də irad bildirib: "Ay millət vəkilləri, girmisiniz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31