MM komitəsinə yeni müavinlər seçilib

Milli Məclisin iki komitəsinə yeni sədr müavinləri seçilib. "Olaylar" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin plenar iclasında Milli Məclisin komitələrinə sədr müavinləri seçilməsi məsələsini müzakirəyə çıxarılıb. Belə ki, deputat Məlahət İbrahimqızının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, deputat Şahin İşmayılovun isə Gənclər və idman komitəsinə sədr müavini kimi namizədliyi irəli sürülüb.

Təkliflər səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31