Oqtay Əsədovdan açıqlama: “Parlament...”

"Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün əlindən gələni edib və qanunvericilik fəaliyyətini artırıb". "Olaylar"in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin fevralın 1-də keçirilən plenar iclasında deyib. O.Əsədov əminliyini bildirib ki, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq: "Bu yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə çıxarılacaq. Bundan əlavə, Hesablama Palatasının, Ombudsman Aparatının hesabatları dinləniləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31