Spiker: “Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək”
1 Fevral 2019 12:37 Siyasət"Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması ilə bağlı Azərbaycanın mövqeyini nəzərə alacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O, xatırladıb ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: "Azərbaycanın Gürcüstandsakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31