Bu gün Milli Məclis yaz sessiyasının ilk iclasını keçirir
1 Fevral 2019 11:22 SiyasətBu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək, 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək, parlamentin iki komitəsinə sədr müavinləri seçiləcək. Bundan əlavə iclasda Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında" və "Əmək pensiyaları haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" və digər qanunlara əlavə və dəyişikliklər ediləcək. Ümumilikdə iclasın gündəliyinə 38 məsələ daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31