“Azərbaycan Prezidenti hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərir”
Bu diqqət və qayğı gənclərimizin vətənpərvərlik ruhunu gücləndirir
31 Yanvar 2019 16:22 SiyasətBu diqqət və qayğı gənclərimizin vətənpərvərlik ruhunu gücləndirir
Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
Azərbaycan Yazıçıları Birliyinin və Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm"
mükafatı laureatı, Prezident təqaüdçüsü Anar Məcidzadə deyib ki, Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən,
respublikamızın inkişafı üçün misilsiz işlər görən ölkə Prezidenti cənab
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman
şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğı göstərib və bu diqqət və
qayğı bu gün də davam etməkdədir: "Dövlət başçımızın Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin
sosial-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda şəhid ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında
sərəncam və fərmanları dediklərimin bariz nümunəsidir.
Bundan əlavə, möhtərəm Prezidentimizin və birinci xanımın bir neçə gün öncə şəhid
ailələrinin üzləri ilə görüş keçirmələri də ölkə rəhbərliyinin bu təqəbədən
olan insanlara həssas yanaşmasının göstəricisidir. "Mən hər bir
Azərbaycan vətəndaşının prezidenti olacam" deyən cənab İlham Əliyev
bunu son illər həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ilə, atdığı
addımlarla, həyata keçirdiyi işlərlə sübuta yetirdi. Yəni dövlət başçısı
dediklərini əmələ çevirən, əməlləri ilə sübuta yetirən lider kimi Azərbaycanı
dünyanın nüfuzlu ölkələrindən birinə çevirib. Ölkəmizdə o sahə olmasın ki
diqqətdən kənarda qalsın. O cümlədən milli ordumuzun inkişafı. Dövlət
başçısı ordumuzu gücləndirməklə torpaqlarımızın işğaldan azad edilməsini
sürətləndirir, şəhidlərimizin qisas gününü yaxınlaşdırır. Şübhəsiz ki,
Azərbaycanın qüdrətli ordusu Ali Baş Komadanın rəhbərliyi ilə Vətən
uğrunda canlarından keçən şəhidlərimizin qısasını tezliklə yağı düşməndən
alacaq".
A.Məcidzadə bildirib ki, bəzi xaricdən maliyyələşən ölkəmizdəki
"qüvvələr" bir qrup şəhid ailəsinin narazılığından istifadə etməyə cəhdlər
etdilər. Lakin ölkə başçımız həmin "qüvvələrin" məkirli niyyətlərini
ürəklərində qoydu: "Şəhid ailələri ilə bağlı bir neçə fərmanlar verilməsi
radikalların niyyətlərini puç etdi. Dövlət başçısının bu sahə ilə ən mühüm
qərarlarından biri də şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasıyla bağlıdır. Bu fərman onu deməyə əsas verir ki, ölkə
rəhbərinin qeyd etdiyi kimi, yaxın illər ərzində ev almayan şəhid ailəsi
qalmayacaq. Konkret rəqəmlərə istinad etsək, qeyd olunur ki, 1997-2018-ci
illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-
dən çox mənzil verilib. Bundan əlavə, hər ay şəhid ailələrinə 242 manat
təqaüd verilirdi ki, bu aydan etibarən həmin təqadün həcmi artırılaraq 300
manat təşəkil edəcək. Ölkə Prezidentinin son qərarına əsasən, 11 min
manat ödənişi bütün şəhid ailələri əldə edə biləcək.
Budur Azərbaycan dövlətinin öz şəhidinə etiramı!
Budur ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısı!
Budur Prezidentimizin dedikləri fikirləri əməlləri, işləri ilə sübuta yetirməsi!
Şübhəsiz ki, müharibə şəraitində olan ölkədə bu cür adımların atılması hər
bir azərbaycanlının ürəyindən xəbər verir".
A.Məcidzadə vurğulayıb ki, bu diqqət və qayğı gənclərimizin Vətənpərvərlik ruhunun güclənməsinə öz müsbət təsirini göstəririr. Çünki Azərbaycan gənci görür ki, onun Prezidenti Vətən üçün canından, sağlamlığından keçən insanlara, onların ailə üzvlərinə ehtiramla yanaşır, onların sosial müdafiəsinin həlli istiqamətində böyük işlər görülür. Təbii ki, dövlət başçısının humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımları bundan sonra da davam edəcək.
Nigar Orucova