"Prezidentimizin verdiyi göstərişlər uğurla yerinə yetiriləcək"
30 Yanvar 2019 16:13 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman ifadə etdiyi kimi, biz dediklərimizin, qarşıya qoyduğumuz hədəflərin hamısını işimizlə təsdi edirik. Bu ölkə başçısının bəyan etdiyi fikirdir. Bu fikirlərin arxasında əməli işlər dayanır". Bunu millət vəkili Elman Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, Dövlət Proqamının icrası üçün görülən işlər təkcə Azərbaycan səviyyəsində olan hesabatlarda yox, eyni zamanda bir sıra beynəlxalq qurumların hesabatlarında əksini tapır: "Yəni bu reallıqdır. Qarşıya qoyulan hədəflər fəth olunur. Nə deyilibsə, nə nəzərdə tutulubsa icra olunub. Təbii ki, müəyyən sahələrdə icra olunmamış işlər qalıb. Təbii ki, onlar da gələcək proqramlarımızda nəzərdə tutulub ki, yerinə yetirilsin. Ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda bütün sahələrə toxunuldu. Bunlar qarşıda olan hədəflərdir və biz o hədəflərə çatdıq. İndi isə bizi qarşıda duran illər ərzində yeni hədəflər gözləyir. Bu da dövlət proqramlarında cənab Prezidentimizin qoyduğu tələblər, verdiyi göstərişlər əsasında uğurla yerinə yetiriləcək. Nələr olursa bunlar hamısı xalqımız, dövlətimiz, Vətənimiz üçündür. Yəni bütün bu işlər bizi qələbəyə, parlaq işıqlı gələcəyə aparır.
Görülən bütün işlər əhalimizin və vətəndaşlarımızın sosial vəziyyətinin, maddi rifah durumunun yaxşılaşmasına, təhlükəsizliyimizin, müdafiəmizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə hesablanıb. Təbii ki, bu istiqamətdə də uğurla hərəkət edirik. Hesab edirəm ki, bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də uğurlara imza atacayıq. İnşAllah ənab Prezidentimiz, Ali Baş Komandanmızın rəhbərliyi ilə ona da nail olacayıq".
SİA