"Şəhidlərimizə daim ehtiram göstərilir"

"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müstəqilliyimiz uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə hər zaman yüksək qayğı göstərir, dövlətimiz tərəfindən onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir qrup şəhid ailəsi ilə görüşməsi buna bariz nümunədir". Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib.

Bu gün ölkəmizdə şəhid ailələrinin hər zaman diqqətdə saxlanılıdğını deyən təşkilatın sədr müavini ötən il bir qrup şəhid ailəsinə birdəfəlik yardımın verilməsi, bu il bunun üçün əlavə vəsaitin ayrılması Azərbaycanda şəhidlərimizə göstərilən hörmət və ehtiramın əsas göstəricisidir.

C.Xəlilov söyləyib ki, ölkəmizdə vətənpərvərlik ruhu yüksəkdir: "Lakin bu kimi addımlar bu ruhunun daha da yüksəlməsinə xidmət edir".

Ölkə başçısının şəhid ailələri ilə bağlı növbəti fərmanını xüsusi vurğulayan polkovnik deyib ki, sözügedən sənəd Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə göstərilən xüsusi qayğının ifadəsidir: "Ötən il Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə inamlı qələbəsindən sonra ilk fərmanını məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vermişdi. Atılan addımlara əsasən əminliklə deyə bilərik ki, Azərbaycan şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə öncül ölkələrdən sayılır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31