“Biz şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət göstərilib”

Dünən ölkə başçısı İlham Əliyevin şəhid ailələri ilə olan görüşündə qəhrəman Məzahir Rüstəmovun həyat yoldaşı Rəsmiyyə Rüstəmova da iştirak edib. Şəhid xanımı bunları bildirdi:

"Dünən Prezidenmizin şəhid ailələri ilə olan görüşü bizi çox sevindirdi. Prezident İlham Əliyevin bu humanist addımı olduqca təqdirəlayiqdir. Mən bir şəhid yoldaşı kimi Prezidentimizin şəhid ailələrinə olan diqqət və qayğısına illər öncədən şahid olmuşam. Yoldaşım Məzahir Rüstəmov 1992-ci ildə Gədəbəy bölgəsində qərəmanlıq göstərərək müharibədə şəhid olub. Məzahir Rüstəmovun qəhrəmanlığına dövlət tərəfindən yüksək diqqət göstərilib. Onun adına məktəb və küçə verilib. Həmin küçədə iki otaqlı mənzillə təmin olunmuşuq. Bizim bir qızımız var. Hazırda o mənzildə yaşayıram və göstərilən diqqət üçün Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Onu da deyim ki, Məzahir Rüstəmov 30-a yaxın ermənini məhv edib və düşmən əlinə düşməsin deyə özünü qumbara ilə partladaraq şəhid olmuşdur. Onun xatirəsi hər zaman yaşayır və bundan sonra da yaşayacaq. Nizami rayonunda yerləşən 32 saylı məktəb qəhrəmanın adını daşıyır. Mən dövlətimizin bizə göstərdiyi bu diqqətə görə qürur duyuram ".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31