Şəhid qardaşı: “Bu qayğıya görə, ölkə rəhbərimizə dərin təşəkkür edirəm”

Bildiyimiz kimi dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Ölkənin əsas xəbərinə çevrilən bu görüş şəhid ailələri və ictimaiyətdə böyük məmnunluqla qarşılanıb. SİA görüşdə iştirak edən şəhid ailələrinin bir çoxu ilə əlaqə saxlayaraq təəssuratlarını öyrənib. Onlardan biri də şəhid Faiq Abbasovun qardaşı Fariz Abbasovdur.

"Mən hələ də dünən cənab Prezidentimizlə olan görüşün təsirindəyəm. Görüş çox yüksək səviyyədə keçirildi. İlham Əliyevin şəhid ailələrinə çox doğma, mehriban davranması gözümün önündən getmir. Prezidentimiz İlham Əliyevin şəhid ailələrinə olan diqqətinin hər zaman şahidi olmuşuq, lakin dünənki canlı ünsiyyət insanda başqa bir ab-hava yaradır. Bir şəhid qardaşı kimi ölkə rəhbərimiz ilə fəxr etdim. Mehriban xanım Əliyevanın da görüşdə iştirak etməsi, hər bir şəhid ailəsinə ayrı-ayrılıqda diqqət göstərməsindən qürur duydum. Fəxr edirəm ki, Azərbaycanda şəhid ailələrinə belə yüksək diqqət və qayğı var. Qardaşım Faiq Abbasov 1994-cü ildə Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. O, 1970-ci ildə doğulmuşdu. Könüllü olaraq hərbi xidmətə getmişdi. Şəhid olduqdan sonra Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn olundu. Biz hazırda Sumqayıt şəhərində yaşayırıq. Onu da deyim ki, Prezidentimizin şəhid ailələrinə ayırıdığı 11 min manat hesabımıza keçirilib. Bütün bu qayğıya görə, ölkə rəhbərimizə dərin təşəkkür edirəm. Diğər qardaşım Namiq də hərbi xidmət zamanı yaralanaraq qospitalda müalicə olunub və uzun illər dövlət orqanında çalışıb. Vətən müqəddəsdir, hər birimizin borcudur ki, doğma yurdumuzu canımız bahasına da olsa qoruyaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31