Prezident həssas təbəqənin məsələsinə müdaxiləsi ilə müvafiq qurumlara bunu bir daha anlatmış oldu

Azərbaycan Respublikasınıhn Prezidenti Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi ilk gündən nümayiş etdirdiyi humanizm prinsipləri seçilib, örnək olub. Dövlət başçısının nümayiş etdirdiyi bu humanizm təkcə daxildə deyil, eləcə də beynəlxalq aləmdə, dünyada yüksək səviyyədə təqdir edilib, alqışlanıb. İstər müntəzəm olaraq azadlıqdan məhrum edilmiş şəxslərin əfv olunması, istər Azərbaycanın ərazi bütövlüyünü pozmuş xarici ölkə vətəndaşlarının bağışlanması, istərsə də dövləti cinayət törətmiş şəxslərlə bağlı atılan humanist addımları ötən illər ərzində biz dəfələrlə müşahidə etmişik, onun əyani şahidinə çevrilmişik. Ümumiyyətlə, dövlət başçısı hər bir sahədə, istiqamətdə humanizm prinsiplərini əsas rəhbər tutub, bütün məsələlərə o prizmadan yanaşıb. Paralel olaraq humanizm prinsiöinin fonunda əhalinin aztəminatlı təbəqəsinin, xüsusi imtiyaza malik olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi

Azərbaycan Respublikasınıhn Prezidenti Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi ilk gündən nümayiş etdirdiyi humanizm prinsipləri seçilib, örnək olub. Dövlət başçısının nümayiş etdirdiyi bu humanizm təkcə daxildə deyil, eləcə də beynəlxalq aləmdə, dünyada yüksək səviyyədə təqdir edilib, alqışlanıb. İstər müntəzəm olaraq azadlıqdan məhrum edilmiş şəxslərin əfv olunması, istər Azərbaycanın ərazi bütövlüyünü pozmuş xarici ölkə vətəndaşlarının bağışlanması, istərsə də dövləti cinayət törətmiş şəxslərlə bağlı atılan humanist addımları ötən illər ərzində biz dəfələrlə müşahidə etmişik, onun əyani şahidinə çevrilmişik. Ümumiyyətlə, dövlət başçısı hər bir sahədə, istiqamətdə humanizm prinsiplərini əsas rəhbər tutub, bütün məsələlərə o prizmadan yanaşıb. Paralel olaraq humanizm prinsiöinin fonunda əhalinin aztəminatlı təbəqəsinin, xüsusi imtiyaza malik olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən 15 ildəki fəaliyyətinin əsas ana xəttini  təşkil edib. Ötən illər ərzində şəhid ailələri, müharibə iştirakçılarına verilən müavinətlərinin həcminin bir neçə dəfə artırılması, bu qəbildən olan insanların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlətin hesabına məınzillərin tikilib onların ixtiyarına verilməsi, bir qayda olaraq .əhid ailələri, müharibə iştirakçılarının avtomobillərlə təmin olunmasının timsalında bütün bunları aydın görmək mümkündür.

Qeyd edək ki, ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Yaxud şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I  qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət  alırlar.

Sevindirici hal ondan ibarətdir ki, bu proses Azərbaycanda daimi xarakter daşıyıb və heç də görüntü hesabına edilməyib. Çünki dövlətin, dövlət başçısının fəaliyyət istiqamətlərinin əsas ana xəttini məhz həmin kateqoriyadan olan insanlara diqqət və qayğı ilə yanaşmaq təşkil edib. Elə keçən il dövlət başçısı tərəfindən şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı imzalanan fərman da bunun əyani sübutu idi. Məlumat üçün qeyd edək ki, sözügedən fərmanın imzalanmasından keçən müddət ərzində 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir. Lakin cəmiyyətdə müəyyən qüvvələr, xüsusilə şəhid ailələrindən belə siyasi məqsədlər üçün istifadə etməyə çalışan bəzi dağıdıcı qruplar bu məsələ ətrafında da ajiotaj yaratmağa, bəzi şəhid ailələrini dövlətə qarşı çıxarmağa çalışsalar da, lakin onların bu niyyəti də baş tutmadı və dövlət başçısı ötən gün imzaladığı yeni bir fərmanla hər bir vətəndaşın yanında olduğunu, hər bir şəhid ailəsinin dövlətin qayğısı ilə əhatələndiyini bir daha sübut etdirdi.  Belə ki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Ümumiyyətlə, Cənab Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Bütün bu qeyd etdiklərimizin fonunda bu günlərdə dövlət başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın şəhid ailələri ilə görüşü də bu qəbildən olan insanların dövlət qayğısı ilə əhatələndiyinin göstəricisi idi. Elə millət vəkili Rauf Əliyev də deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident sarayında şəhid ailələri ilə görüşüb. Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, respublikamızda 12779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Bununla da bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb". Millət vəkili deyib ki,  2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da buna bariz nümunədir: "Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri olmaqla ölkə vətəndaşlarının rifahının yüksəldillməsinə yönələn ən hümanist addımlardan biri kimi qəbul edilməlidir. Görüş zamanı dövlətimizin başçısı çıxışında bildirdi ki, Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrildi, onun yenidən qurulması hərbi qələbəmizin nəticəsində mümkün olmuşdur. "Aprel döyüşləri bütün dünyaya göstədi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq" deyən Prezident İlham Əliyev şəhid ailələrinə vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri Elman Babayev də dövlət başçısının imzaladığı son fərmanı, eləcə də şəhid ailələri ilə keçirdiyi görüşü təqdir edib, alqışlayıb. O, bildirib ki, bununla dövlət başçısı indiyə qədər bəzi qurumlar tərəfindən sözügedən məsələdə yol verilən nöqsanları da aradan qaldırmış oldu: "Həqiqətən ağır mənzərə idi: haqlı və haqsız görünməsindən asılı olmayaraq şəhid ailəsinin hansısa dövlət qurumunun qarşısında boynubükük durmasını izləmək. Bunun məmur yaramazlığından, səhlənkarlığından və ya hansısa qanunla əsaslandırılmasından doğması ikinci məsələydi.  Fakt o idi, İlham Əliyevin ötən il yenidən prezident vəzifəsinə seçildikdən sonra imzaladığı mühüm sosial müdafiə əhəmiyyəti daşıyan ilk Fərmanı gözdən salınırdı. İndiyə qədər birdəfəlik müavinət ala bilməyən şəhid ailələrinə ödəmənin verilməsini ehtiva edən sənədin əhəmiyyəti azaldılırdı... Söhbət ondan gedirdi ki, bir qrup şəhid ailəsi vaxtilə müavinəti almadığını iddia edirdi, müvafiq dövlət qurumları isə əksini söyləyirdi. Və ya vaxtı ilə həmin müavinəti alanlar həmin vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini bildirirdilər. Beləliklə, qarışıq bir vəziyyət yaranmışdı.  Nəhayət ki, prezident bu məsələyə müdaxilə etdi və problem aradan qalxdı.

İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də şəhid ailələri ilə görüşündə vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığı, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyi nəzərə alınaraq yeni fərman imzalandığı açıqlandı. Dövlət başçısı şəxsən birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etdi. Görüşdən dərhal sonra açıqlanan Fərmana əsasən, 11 min manat alacaq vətəndaşların sayı artırılı".

Elman Babayev qeyd edib ki, Prezidentin bu addımı, bir tərəfdən 1-ci şəxs səviyyəsində şəhid ailələrinə münasibətinin əyani göstəricisidir: " Bu münasibət şəhid ailələrinin nümayəndələrinə dərin hörməti özündə ifadə edir. Torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər prezident tərəfindən həmişə dəstəklənib və onlara dövlət qayğısının göstərilməsi üçün müxtəlif addımlar atılıb. İndiyə qədər şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Digər tərəfdən, prezidentin şəhid ailələri ilə şəxsən görüşməsi və problemin kökündən həll olunması, bunu hakimiyyətə qarşı siyasi mübarizə alətinə çevirənlərə tutarlı cavab oldu. Tükənmiş siyasi müxalifət bir qrup şəhid ailələsi ilə bağlı vəziyyəti maksimum qabartmaq və hakimiyyəti bu metodla nüfuzdan salmaq xətti götürmüşdü. Prezidentin işə şəxsən müdaxiləsi müxalifətin bu sabotaj cəhdinin də qarşısını almış oldu.
Ən nəhayət, prezident bununla şəhid ailələrinin problemləri ilə məşğul olan dövlət qurumlarına da bir mesaj verdi. Sirr deyil ki, şəhid ailələrinə münasibətdə bir sıra hallarda yüksək çinli məmurların, böyük mövqe sahiblərinin davranışları yetərli olmur. Onların qayğıları yetərincə dinlənilmir və bu kateqoriyadan olan şəxslərə lazım olan kömək edilmir. Bir sıra hallarda isə tapşırılan vəzifə formal olaraq yerinə yetirilir. Bəzilərinə göruntü lazım olur deyə, öz işini çərçivə əsasında qurur, həssas təbəqənin problemlərinə yanaşmada vicdan sərhədlərinə yaxınlaşmır. Şəhid ailəsinin ən xırda probleminin həlli prezidentdən asılı məsələdirmi? Əlbəttə ki, yox! Dövlət qurumlarının işi bundan ibarətdir və xüsusən şəhid ailələrinə münasibətdə elə davranmalı, elə münasibət sərgiləməlidir ki, narazılıq olmasın. Hər şeyə rəğmən onu səbrlə dinləsin və lazımi izahat versin, kömək göstərsin. Şəhid ailəsi alternativ yol kimi küçəyə çıxmaq, aksiya keçirmək fikrinə düşməsin. 
Bürokratik süründürməçilik, ədalətsizlik, rüşvət hallarının aradan götürülməsi və kompleks halda vətəndaşın dövlət qurumlarına inamının güclənməsi üçün sadəcə verilən tapşırıqları vicdanla icra etmək yetərlidir". 
O bildirib ki, Prezident həssas təbəqənin məsələsinə müdaxiləsi ilə müvafiq qurumlara bunu bir daha anlatmış oldu.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31