Vətəndaşların sosial müdafiəsi gücləndirilir

Gələn ilin dövlət büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasını təmin edəcək Azərbaycanın büdcə zərfi sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla hazırlanıb və gələn il də real iqtisadi artım proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasını təmin edəcək

Azərbaycanın büdcə zərfi sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla hazırlanıb və gələn il də real iqtisadi artım proqnozlaşdırılıb. Hesab olunur ki, ölkədə aparılan iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verir. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində isə ölkədə qeyri-neft sektorunun payı xeyli yüksəlib. Belə ki, biznes mühitinin yaxşılaşıdırılması, maliyyə bazarlarının təkmilləşdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini artırıb. Sadalanan faktlar deməyə əsas verir ki, 2019-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi bunu bir daha sübut edir. Elə millət vəkilləri də gələn ilin büdcəsinin sosialyönümlü olmasını təsdiq edirlər. Millət vəkili Kamilə Əliyeva deyib ki, əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyünün təmin edilməsi, əhalinin rifah-halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində, dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclər üçün 7.919,9 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2018-ci il ilə müqayisədə 797,5 milyon manat və ya 11,2 faiz çoxdur. Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, 2019-cu ilin dövlət büdcəsində ali, orta ixtisas və ilk peşə təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, AMEA-nın magistrantlarının və doktorantlarının təqaüdlərinin məbləği, AR ali məktəbləri üçün Prezident təqaüdlərinin məbləği, Prezidentin fərdi təqaüdünün və fəxri məbləğləri artırılıb. Deputat qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, artıq Azərbaycan dünyada iqtisadi gücə çevrilib: "2018-ci ilin ortalarında həm region, həm də bir sıra ölkələrin iqtisadiyyatında geriləmələr olub, milli valyutalar dəyərdən düşüb. Lakin Azərbaycanda qurulmuş iqtisadi model nəticəsində nəinki azalma, hətta iqtisadi artım mövcud olub.  2017-ci ildə inflyasiya səviyyəsi 12,9 faizdən 2018-ci ildə 2,7 faizə düşüb. Azərbaycan əhalisinin normal gəlirləri təxminən 35 milyard manat olub. Azərbaycanın valyuta ehtiyatları artaraq 5,5 milyard manatdan çox olub. 2019-cu ildə ölkədə ÜDM real iqtisadi artımı 3,6 faiz olmaqla 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil ediləcəyi gözlənilir. Bu isə böyük irəliləyiş deməkdir. Artıq Azərbaycanın iqtisadi artımı neft-qaz amilindən deyil, iqtisadiyyatın digər sahələrinin hesabına artmaqdadır. Aqrar sahədə də böyük uğurlar qazanılmaqdadır. Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı malları dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Fəxrlə deyə bilərəm ki, təmsil olunduğum Zaqtala və Balakın rayonlarında emal olunan kənd təsərrüfatı məhsulları bir çox dünya ölkələrinə ixrac olunur və ölkə büdcəsinə valyuta gətirir. Ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. Bütün bu işlər isə prezident cənab İlham Əliyevin 2017-2022 və 2018-2025-ci illər üçün "Dövlət Proqramı" sahəsində imzaladığı sərəncamların yerinə yetirilməsi istiqamətində görülən işlərin bir hissəsidir. Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmi ölkə iqtisadiyyatının prioritet sahəsinə çevirib. Bu məqsədlə cənab prezident tərəfindən imzalanmış sərəncam ölkə paytaxtından əlavə regionların inkişafına və həmin  bölgələrə də turistlərin cəlb olunmasına böyük şərait yaradıb".

Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev qeyd edib ki, "2019-cu ilin dövlət büdcəsi "Büdcə sistemi haqqında" qanunun və digər aidiyəti qanunvericilik aktlarının təldəblərinə uyğun hazırlanıb: "Əminəm ki, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin  davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm  dövlət vəzifələrinin  layigincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq". Onun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsində həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində cari ildə ölkəmizin dayanıqlı inkişafının təmin edildiyini qeyd edən deputat bildirib ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş önəmli işlər, ilboyu infrastruktur layihələrin uğurla icra olunması, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması iqtisadi siyasətimizin prioritet istiqamətlərini təşkil edib: "Bu baxımdan cənab Prezidentin söylədiyi "Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar" fikrini xüsusi vurğulamaq istərdim. Təbiidir ki, bütün bölgələrimizi, o cümlədən millət vəkili kimi təmsilçisi olduğum Goranboy, Ağdam və Tərtər rayonlarını da əhatə edən davamlı inkişafımızın məntiqi nəticəsi olaraq bir sıra nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən ölkəmizdə aparılan islahatlar yüksək dəyərləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business - 2019" reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlib. Eyni zamanda "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pilləlik irəliləyiş təmin olunub ki, bu da zənnimcə çox ciddi nailiyyətdir". Ağalar Vəliyevin sözlərinə görə, təsadüfi deyil ki, "Doing Business" hesabatında islahat səviyyəsinə görə Azərbaycan postsovet məkanında ikinci, MDB məkanında isə birinci ölkədir: "Heç şübhəsiz ki, bütün bu uğurlar dövlət başçımızın həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətimizin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir". Deputat əlavə edib ki, prezidentin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planında" ölkədə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması və vergi yükünün azaldılması məqsədilə 1 yanvar 2019-cu ildən etibarən  7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatadək olduqda onların  gəlir vergisindən azad edilməsi, gəlir 8 min manatdan çox olduqda isə vergi dərəcəsinin 25 faizdən 14 faizədək endirilməsi və beləliklə də vergi daxilolmalarının azaldılması nəzərdə tutulub. Bu, özəl sektorda maliyyə intizamının möhkəmləndirilməsinə, vergi mədəniyyətinin yüksəldirməsinə, şəffaflığın artırılmasına və işcilərin sosial müdafiəsinin gücləndirilməsinə çox müsbət təsir göstərəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31