Azərbaycan-Almaniya münasibətləri yeni inkişaf mərhələsində
25 Avqust 2018 20:28 SiyasətRəsmi Berlin "Cənub qaz dəhlizi" layihəsini dəstəkləyir
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakının Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verməsi təsadüfi olmayıb, bir sıra mühüm tarixi və geosiyasi gerçəkliklərlə şərtlənir. 1991-ci ildə tarixi maneələri dəf edərək bütövləşmiş Almaniya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, sülhün, əmin-amanlığın qorunub saxlanması prosesinin fəal iştirakçısıdır. Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. İki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Almaniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Rəsmi Berlinin 12 yanvar 1992-ci il tarixli bu qərarı dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Almaniya ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi.1993-cü ildən etibarən Almaniya-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. 1995-1996-cı illərdə imzalanmış "Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında", "İnvestisiyaların təşviqi və qorunması haqqında", "Mədəni əməkdaşlıq haqqında", "Hava daşımaları haqqında", "Bakı hava limanı: təcili yardım" layihəsi üzrə növbəti maliyyə əməkdaşlığı barədə", "Tədqiqatlar və mütəxəssislər fondunun yaradılması haqqında" və digər hökumətlərarası sazişlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə imkan yaratmışdır.
Bu gün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdir. "Folksvagen", "Siemens" kimi nüfuzlu şirkətlər Azərbaycandakı fəaliyyətlərində böyük uğurlar qazanmışlar. Statistikaya əsasən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı, təxminən, 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətləri iştirak etməkdə maraqlıdırlar. Azərbaycan və Almaniya aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Berlin beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdir və onun razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Almaniya xüsusilə də Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa Birliyi ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda, rəsmi Bakı Almaniya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atmaqdadır.
Bu arada xatırladaq ki, Almaniya Kansleri Angela Merkel Qafqaza səfəri çərçivəsində Bakıya gəlib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq prespektivlərinin müzakirə ediləcəyi gözlənilir. Qərb mediasında Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi,"Cənub qaz dəhlizi"nin genişləndirilməsi olduğu bildirilir. Qeyd edilir ki, Almaniya "Cənub qaz dəhlizi"nə regiondaki digər ölkələri də cəlb etməyi arzulayır. Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək. Lakin dövlətlərarası münasibətlərin inkişafından əndişələnən iqtidarın opponentləri, o cümlədən AXCP və Müsavat rəhbərrləri Merkelin səfəri ərəfəsi Azərbaycana təzyiq göstərilməsinə çağırışlar etmiş, məktubla müraciət etmiş, hətta biri qrupu müxalif fəal Almaniayda aksiya da keçirmişlər. Marqalıdır, kimdir, bu aksiyaları keçirənlər, onların məqsədi nədən ibarətdir?
Xatırladaq ki, belə bir əhəmiyyətli səfər ərəfəsində etiraz aksiyalarına əl atanlar şübhəsiz ki, ölkənin çöküşünü arzulayan kəsimlərdir. Sözügedən qrupun indiyə qədərki fəaliyyətinin analizi deməyə əsas verir ki, onlar ilk növbədə Azərbaycanın enerji layihələrinə qarşı çıxanlardır. Anti-TAP hərəkatında müşahidə edildiyi kimi, bu qrupun arxasında Cənub Qaz dəhlizi layihəsinin Avropanın qazala təminatında alternativ mənbə olmasını istəməyən konkret dairələr durur. "Şimal- axını 2" layihəsi ilə bağlı anlaşılmazlıqlar fonunda baş tutan səfərin əsas müzakirə maddəsinin Azərbaycanın və Qərb mediasının anons etdiyi kimi, digər Xəzəryanı ölklərin karbohidrogen ehtiyatalarının Avropaya daşınması olduğundan həmin dairələr də etiraz qrupunu fəallaşdırmışlar.
Digər qrup isə "mühacir biznesi"nin iri fiqurlarıdır ki, demək olar ki, artıq onların Almaniyadakı biznesləri uğursuzluğa düçar olub. Xatırladaq ki, iyulun 18-də sığınacaq almaq istəyən 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Bu, "Readmissiya haqqında" sazişin tələblərinə əsasən baş tutub. İlkin məlumata görə, deportasiya edilənlər arasında Müsavat Partiyasının üzvləri və dindarlar da olub. A. Merkel Tbilisiyə səfəri zamanı keçirdiyi mətbuat konfransında verdiyi mesajlarda da miqrant mövzusun həssaslığını göstərdi. Azərbaycan mətbuatında getmiş araşdırmalar isə "mühacir biznesi"ndə məhz bu təbəqələrin fəal olduğunu göstərir, görünür həmin dairələr də, "biznes maraqlarını" müdafiə etmək naminə etiraz etməyə məcburdurlar.
Azərbaycan əleyhinə apardıqlara kampaniyalara, işlıtdikləri mediaproyektlərə ayrılan qrant vəsaitləri zəifləyən və ya tam dayanmış şəxlər də bu arada fəaliyyətlərini gecləndiriblər. Məqsəd isə iqtidara müxalif görüntüsü yaratmaqla qrant bizneslərini gücləndirməkdir. Bağlı olduqları ölkələri müdafiə naminə Azərbaycan qarşı çıxanlar da bu siyahıda özlərinə yer alıblar. Almaniyada keçirilən aksiyada siyasi şiələyin qızğın tərəfdarı kimi çıxış edənlərin yer alması təsadüfi sayıla bilməz. Görünür, həmin şəxslər bağlı olduqları ölkəni gözləyən sanksiyalardan diqqəti yayındırmaq üçün hərəkətə keçmək tapşırığı almışlar.
Nəhayət, Azərbaucanın ərazi bütövlyü müzakirələirini arxa plana keçməsində maraqlı olan erməni lobbisi və ona bağlı qruplar da "bulanıq suda balıq tutmaq" sevdasına düşüblər. Səfər ərəfəsi, həmin lobbiyə bağlı media və QHT şəbəkəsi Azərbaycanda "insan hüquqlarının vəziyyətini" xüsusi canfəşanlıqla müzakirə etməkdədir.Lakin bütün cəhdlərə baxmayaraq, Almaniya kansleri Angela Merkelin baş tutacaq Bakı səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan, töhfə vermiş olacaq. Səfər nəticəsində Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlığı daha da inkişaf edəcək. Çünki Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir.
Yeri gəlmişkən xatırladaq ki, rəsmi Berlin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bütün bunları nəzərə alan Almaniya "Cənub" qaz dəhlizi layihəsini birmənalı şəkildə dəstəkləyir.
Nurlan