İsrailin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stav Bakıdadır. Səfirlikdən APA-ya verilən məlumata görə, yeni səfir bu gündən vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə keçmiş səfir Rafael Harpazı əvəz edir.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Dan Stav bundan əvvəl İsrailin Nepaldakı səfiri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00