Teymuraz Şaraşenidze: "2015-ci ilin birinci yarısında Gürcüstana 600 min Azərbaycan vətəndaşı səfər edib"

"2015-ci ilin birinci yarısında Gürcüstana 600 min Azərbaycan vətəndaşı səfər edib". APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. "Gürcüstanda səfər edən turistlərin sayına görə Azərbaycan birincidir. Bu ilin ilk 6 ayı ərzində 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib", - deyə səfir qeyd edib. O həmçinin Türkiyədə PKK-ya qarşı keçirilən terror əleyhinə əməliyyatları fonunda  Gürcüstanda turistlərin təhlükəsizliyinin təmin olunması məsələsinə toxunub. Diplomatın sözlərinə görə, bu məsələ Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə tənzimlənir: "Gürcüstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Türkiyənin cənub-şərqinə səfər etməmələrini tövsiyə edib. Orada PKK üzvləri və Türkiyə hökumət qoşunları arasında toqquşmalar baş verir", - deyə o vurğulayıb.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00