Səfir: “Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar”

“Tale elə gətirib ki, biz bu regionda birgə yaşayaq”

APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.  Onun sözlərinə görə, Azərbaycanda elə məhsullar var ki, Gürcüstandan keçmədən onları Avropa bazarına çıxarmaq mümkün deyil: "Gürcüstan üçün sizin məhsulunuz çox qiymətlidir. Ölkələrimizin məqsədləri, istiqaməti, dünya ictimaiyyətinə inteqrasiyası eynidir". Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: "Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00