Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri payızda görüşəcəklər
7 Avqust 2015 16:40 SiyasətAzərbaycan, Türkiyə və Gürcüstan xarici işləri nazirlərinin növbəti görüşü bu ilin noyabrında keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, tərəflərin ilk üçtərəfli görüşü 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib. İndiyədək bu formatda 4 görüş baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00