DAK yetkilisi seçkiyə qatılacaq

Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkilərinin keçirilməsinə olduqca qısa müddət qalıb. Parlamentə mandat uğrunda yarışacaq namizədlər yaxın günlərdə seçki marafonuna start verməyə hazırlaşır. Noyabrda keçiriləcək millət vəkili seçkisində bir sıra ictimai fəal şəxslərin də iştirak edəcəyi gözlənilir. Cari ilin payızına təsadüf edən Milli Məclisə 5-ci çağırış üzrə seçkidə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin də qatılacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə, S. Rəhimli Nizami Rayonundan namizədliyini irəli nsürəcək. Məsələ ilə bağlı danışan S.Rəhimli seçkilərə qatılacağını təsdiqlədi: "Bəli, parlament seçkilərinə qatılmaq niyyətindəyəm. Nizami rayonundan namizədliyimi irli sürəcəm. Hesab edirəm ki, bu rayondan namizədliyimi versəm qələbə qazanmaq şansım böyükdür. Rayon sakinkləri məni və ailəmizi yaxından tanıyırılar. Uğur qazanacağıma inanıram"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00