Zakir Həsənov Moskvaya yola düşüb
31 İyul 2015 18:36 SiyasətAzərbaycanın müdafiə naziri Moskva şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edib. Müdafiə naziri avqustun 1-də Beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00