Partiyalar seçkilərə ciddi hazırlaşmalıdırlar
31 İyul 2015 15:13 Siyasət"Artıq bundan sonra partiyalar ölkənin siyasi həyatında mühüm hadisə olacaq parlament seçkilərinə ciddi şəkildə hazırlaşmalıdırlar". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Zakir Hüseynov "OLAYLAR"-a deyib ki, bundan sonra vaxt itkisinə yol vermək olmaz: "Əgər partiyalar zaman anlayışını nəzərə almasalar, bu dəfəki parlament seçkiləri də müxalifət üçün acı məğlubiyyətlə nəticələnəcək. Birinci Avropa Oyunları istər-istəməz partiyaların seçki hazırlıqlarına müəyyən mənada təsir etdi. Qarşıdakı zaman ərzində ciddi fəaliyyətimizlə həmin boşluğu doldurmalıyıq". ADP rəsmisi deyib ki, təmsil etdiyi partiya artıq parlament seçkilərinə hazırlıq istiqamətindəki fəaliyyətini intensivləşdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00