Elmar Məmmədyarov İsrail və Belarus səfirlərinə uğurlar arzuladı

Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub. R.Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb. E.Məmmədyarov Azərbaycanla İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

X X X

E.Məmmədyarov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviçi də diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olundu. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Səfir Nikolay Paçkeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının müəkəmməl səviyyədə təşkil olunduğunu bildirdi. Həmçinin, səfir N.Patskeviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı.

Nazir E.Məmmədyarov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə səfir N.Patskeviçə təşəkkürünü ifadə etdi və gələcək fəaliyyətində uğurlar arzu etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00