Ermənistanı sülhə məcbur etmək lazımdır

Rövşən Məmmədli: “Bunun üçün Ermənistan dövlətinə basqıları artırmalıyıq”

Son aylar Ermənistanın cəbhə xəttində ciddi təxribatlara əl atması və atəşkəs rejimini müntəzəm olara pozması bird aha onu deməyə əsas verir ki, işğalçı ölkə Qarabağ probleminin heç bir halda həllinə maraqlı görünmür və işğal altında saxladığı Azərbaycan ərazilərini boşaltmaq istəmir. Elə buna görə də Azərbaycanda haqlı olaraq müharibə çağırışları, ab-havası artır.

Siyasi ekspert Rövşən Məmmədlinin sözlərinə görə, Ermənistanın Qarabağ problemini həll etməyi hər vəchlə uzatması, mövcud durumu qorumağa çalışması birmənalı ona hesablanıb ki, zaman ötdükcə Qarabağı öz mədəsində "həzm" etsin. Ekspert bildirib ki, bütün faktlar, gedişlər, yanaşmalar da buna hesablanıb: "Ancaq bu "həzmə" mane olan yeganə qüvvə Azərbaycan xalqının, bir az da Türk dünyasının müqavimətidir. Burada bəzi müsəlman dövlətlərinin dəstəyini də nəzərə almaq olar". Rövşən Məmmədli hesab edir ki, Ermənistanı yola gətirmək, onu Qarabağdan birdəfəlik gözünü çəkməyə məcbur etmək Azərbaycan dövlətinin vəzifəsi və borcudur: "Azərbaycan hakimiyyətinin nümayəndələri də deyirlər ki, məsələni sülh yolu ilə həll etmək imkanları hələ də tükənməyib. Təbii, heç kim müharibə istəməz, hamı istər ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq bu gün Ermənistan sülhə gəlmir, əksinə bu sülh kəlməsi ilə möhtəkirlik edərək mövcud durumu qoruyub saxlamağa, özgə dövlətlərin arxasına sığınaraq müharibədən yayınmağa çalışır. Ancaq şübhəsiz ki, biz yalnız müharibə sonucunda üç rəngli bayrağımızı Xankəndində dalğalandıraraq asacağıq. Lakin Ancaq bu müharibəyə hələ ki, nə qədər getmirik, onda gözlədiyimiz" sülhə "nail olmaq üçün Ermənistan dövlətinə basqıları artırmalıyıq". Ekspert deyir ki, bu gün qonşu Gürcüstanın büdcəsinin az qala yarısı Azərbaycanın hesabına formalaşır: "Odur ki, Gürcüstandan duruma anlayışla yanaşmağı tələb etməliyik. Nə qədər ki, Ermənistan Qafqaz xalqlarının, o cümlədən Azərbaycanın maraqlarına zidd hərəkətlər edir, Gürcüstan da ona qarşı sözdə yox əməldə iqtisadi blokada yaratmaq, bütün yardımları dayandırmaq zərurətinə əməl etsin". Rövşən Məmmədlinin sözlərinə görə, İranın Ermənistanla iqtisadi əlaqələri də Azərbaycanın öz işğal olunmuş ərazilərini sülh yolu ilə geri qaytarmasına maneə olan ən böyük əngəldir. Sirr deyil ki, bu gün Azərbaycan hakimiyyəti və cəmiyyəti yetgililəri ilə Rusiya hakimiyyəti və ziyalıları arasında mehriban dostluq əlaqələri vardır. Odur ki, Rusiyadan çəkinməyərək ondan da tələb etmək lazımdır ki, bu dostluqda səmimidirsə, bizə arxadan zərbə vurmasın. Necə ki, bunu biz Rusiya Federasiyasına etmirik. Rusiya sahibinidə dişləyə biləcək bu Ermənistan adlı köpəyi tumarlamaqdan vaz keçsin. Nə qədər ki, Ermənistan bütün büynəlxalq hüquqların əleyhinə gedir və Avropada ola-ola qonşu dövlətin ərazilərini 23 ildir işğal altında saxlayır və bu işğal torpaqlarını cəhənnəmə döndərib, odur ki, diplomatik gedişləri gücləndirməklə, haqqı-ədaləti qorxmadan tələb etməklə beynəlxalq aləmi də Ermənistana qarşı tələbkar duruma gətirmək lazımdır. Hesab edirəm bunlar olarsa əlbəttə, təklənən və doğurdan da çətin vəziyyətə düşən Ermənistan sülh danışıqlarına gələr və Azərbaycana baş əyə-əyə də torpaqlarımızdan geri çəkilər. Ancaq mövcud vəziyyətdə Ermənistanın sülhə gələcəyinə inanmaq gülünc və özünü aldatmaqdan başqa bir şey deyildir. Odur ki, iki yoldan birinə mütləq əməl etmək vacibdir. Ya müharibə ilə torpaqlarımızı azad etmək, ya da bunu müvəqqəti dayandırıb Ermənistanı sülhə gəlməyə məcbur edəcək tədbirləri görmək. Başqa yol yoxdur".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00